Çərşənbə, 24 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 25-də bu barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2019-cu il iyun ayının 28-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları və Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələləri daxildir.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

pia.az


Şərh yazın.

loading...