Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi - Video

Müşahidələr göstərir ki, bəzi avtonəqliyyat vasitələrinin sürücüləri hadisə yerinə tələsən yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol vermirlər

Bu isə, son nəticədə, baş vermiş yanğın və digər fövqəladə hadisənin qarşısının operativ alınması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Xatırladırıq ki, belə davranışla həmin sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hüquqi məsuliyyət daşımaqla yanaşı, həm də yanğın və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə mənəvi məsuliyyət daşıyırlar. Odur ki, hər bir avtonəqliyyat vasitəsi sürücüsü daşıdığı məsuliyyəti dərk etməli və operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə şərtsiz və dərhal yol verməlidir.

Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar