Bazar ertəsi, 10 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib - Foto

İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 münasibətilə təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva tədbirdə iştirak edib

Azərbaycan Mədəniyyəti Günü Moskvanın ən mənzərəli guşələrindən birində - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” nəbatat bağında keçirilib.

Tədbirin əvvəlində RAGB-in fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. RAGB-in sədri Leyla Əliyeva, M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov, MDU-nun “Aptekarskiy qorodok” nəbatat bağının direktoru Aleksey Reteyum Azərbaycan Mədəniyyət Gününün təntənəli açılış mərasimində çıxış ediblər.

Mədəniyyət Günü çərçivəsində RAGB fəallarının mükafatlandırılması mərasimi keçirilib. RAGB-in sədri Leyla Əliyeva fərqlənənlərə “RAGB-in ən fəal könüllüsü”, “RAGB-in ən uğurlu idmançısı”, “Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, “Ən fəal regional bölmələr”, “Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim edib.

Bayram tədbiri ustad dərslərinin, sərgilərin keçirildiyi, milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonaların təşkil olunduğu bir neçə məkanda davam edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanış olmaq üçün “AMOR” jurnalının 10 il ərzində çapdan çıxmış nömrələrinin, habelə Azərbaycan klassiklərinin kitablarının təqdim edildiyi oxucu guşəsi yaradılıb.

Bayram “Qolos” layihəsinin finalçısı Emil Qədirovun, “Qolos deti” şousunun finalçısı Azər Nəsibovun, “Qarabağ” rəqs ansamblının iştirakı ilə açıq səma altında konsertlə başa çatıb. (AzərTAc)

pia.az


Etiket: Leyla Əliyeva

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qorxmaz Hüseynovun QIZIL SUYUNA çəkilmiş villası – Fotolar

"Elçibəy mənə xüsusi tapşırmışdı ki, kontraktdakı payların bölünməsində 2 şirkətin razı qalmasına çalışım"

Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı

DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alıb?

Hafiz Hacıyev: “Heç vaxt Ramiz Mehdiyevin əlindən öpməmişəm”

Ötən ay vəzifədən azad olunan general vəfat etdi

loading...

Ən çox oxunanalar