Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimov: "Kənd təsərrüfatı sahəsinə gənclər cəlb edilməlidir"

"Azərbaycanda kənd təsərrüfatı gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməlidir"

Bunu Bakıda BMT-nin keçirdiyi "Dövlət Xidmətləri Forumu-2019" tədbiri çərçivəsindəki “Hər kəsi əhatə edən inklüziv və bərabər xidmətlər” mövzusunda panel sessiyasında Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

“Uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə toplayıb”, - deyən nazir kənd təsərrüfatının hazırda hökumət üçün öncül sahələr sırasında olduğunu diqqətə çatdırıb.

“Yeni-yeni inkişaf üsullarını, müxtəlif dəstək mexanizmləri tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir”, - deyən nazir bu məqsədlərə modern texnologiyaları tətbiq etməklə çatmağın mümkün olduğunu, Kənd Təsərrüfatı Nazirliyinin "ASAN xidmət"lə birgə bu istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib.

Gənclərin kənd təsərrüfatına, kənd məhsulları istehsalına maraq göstərmədiyini vurğulayan nazir kənd təsərrüfatını cəlbedici və gəlirli hala gətirmək üçün yollar tapılmasını vacibliyini vurğulayıb.(Report)

pia.az


Etiket: İnam Kərimov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar