Bazar ertəsi, 10 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov “Günəş” şirkətinə məxsus 732 kvadrat metrlik qeyri-yaşayış sahəsini onun rəhbərinin əlindən almaqda ittiham olunur

Müəssisənin rəhbəri Əsgər Məmmədov A.Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Göstərib ki, 2008-ci ildə onların arasında bağışlanma müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Nobel prospektində yerləşən binanın iki mərtəbəsində (5-ci mərtəbədə 364, 6-cı mərtəbədə 368 kv. metr) yerləşən qeyri yaşayış sahələrini Ə.Məmmədov A.Mahmudova bağışlayır.

Ə.Məmmədov məhkəmədə bildirib ki, həmin əmlakı o dövrdə 1 milyon 600 minə satmaq istəyib. Eldar Mahmudovun oğlu isə atasının vəzifəsindən sui-istifadə edib, həmin əmlakı onun əlindən alıb, pulunu da ödəməyib. Rəsmiləşdirmək üçünsə bağışlanma müqaviləsi bağlanıb.

Ə.Məmmədov həmin müqavilənin də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən A.Mahmudovun adına verilmiş çıxarışların da ləğv olunmasını istəyib.

Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Apellyasiya Məhkəməsi isə birinci instansiyanın qərarını ləğv edib, Ə.Məmmədovun xeyrinə qərar çıxarıb. A.Mahmudovun vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də onun şikayətini təmin edərək, aşağı instansiyanın qərarını ləğv edib. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

İkinci dəfə bu işə baxan apellyasiya məhkəməsi bu dəfə fərqli qərar çıxarıb – Ə.Məmmədovun şikayəti təmin edilməyib, A.Mahmudovun xeyrinə olan qərar qüvvədə saxlanılıb.(Bizimyol.info)

pia.az


Etiket: Eldar Mahmudov

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qorxmaz Hüseynovun QIZIL SUYUNA çəkilmiş villası – Fotolar

"Elçibəy mənə xüsusi tapşırmışdı ki, kontraktdakı payların bölünməsində 2 şirkətin razı qalmasına çalışım"

Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı

DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alıb?

Hafiz Hacıyev: “Heç vaxt Ramiz Mehdiyevin əlindən öpməmişəm”

Ötən ay vəzifədən azad olunan general vəfat etdi

loading...

Ən çox oxunanalar