Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəyi düşünürəmsə, onu da deyirəm…” – Keçmiş baş nazir

“Cənab Prezidentin son təyinatlarını çox yüksək qiymətləndirirəm. Çünki təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar”

PİA,AZ xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında eks-Baş nazir Artur Rasizadə Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamlar və nazir təyinatları ilə bağlı danışarkən deyib.

Keçmiş Baş nazirin sözlərinə görə, nazir postlarına təyin olunan şəxslər öz sahələri üzrə çox peşəkardırlar:

“Əli Nağıyev çox professional zabitdir. Mədət Quliyev və Ramil Usubov təhlükəsizlik sahəsində çox işlər görüblər. Hesab edirəm ki, bu təyinatlar düzgün atılan addımların nəticəsidir. Xaraktercə elə insanam ki, nəyi düşünürəmsə, onu da deyirəm. Təbii, təyinatlarla bağlı hər kəsin öz fikri var. Razı, ya da narazı fikirlər səsləndirənlər də ola bilər. Ancaq konkret olaraq bu təyinatlar sıradan deyil. Çünki müxtəlif qurumlara təyin olunan bu şəxslər çoxdandır ki, öz sahələrində peşəkar kimi tanınırlar. Hesab edirəm ki, cənab Prezident tərəfindən atılan bu addımlar sabitliyin davamıdır”.

Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir neçə kadr dəyişikliyi həyata keçirilib.

Belə ki, general Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili işlər naziri postuna 1-ci müavinlikdən azad edilən general-leytenant Vilayət Eyvazov gətirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsilə vidalaşan Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib.

General Əli Nağıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini postundan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar