Bazar ertəsi, 10 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu gün hansı idmançılarmız yarışır? - Avropa Oyunları

Bu gün "Minsk 2019" 2-ci Avropa Oyunlarında daha bir neçə idmançımız mübarizə aparacaq

PİA.AZ qol.az-a istinadən xəbər verir ki, təmsilçilərimiz cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışacaq.

90 kq çəkidə mübarizə aparan cüdoçumu Məmmədəli Mehdiyev 1/16 finalda Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı Anton Savitki ilə üz-üzə gələcək.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Doseni (Serbiya) sınağa çəkəcək.

Uşanqi Kokauri (100+) isə 1/8 finalda Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.

56 kq çəkidə mübarizə aparan boksçumuz Tayfur Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq.

Məsud Yusifzadə (52) 1/8 finalda Dmitri Zamotayev ilə (Ukrayna) münasibətlərinə aydılıq gətirəcək.

Lorenso Sotomayor isə (69 kq) 1/8 finalda bosniyalı Adem Fetahoviçi sınağa çəkəcək.

Qadınların yarışına gəldikdə 69 kiloda Məryəm Cəbrayılova 1/8 finalda Vivyen Budaiyə (Macarıstan) rəqib olacaq.

Badminton yarışlarının qrup mərhələsinin ilk turunda təmsilçimiz Azmi Qovumuramadhoni rumıniyalı Kollinz Valentin Filimonla qarşılaşacaq.

Batut gimnastikasının sinxron hərəkətlərində Ruslan Ağamirov - İlya Qrişunin cütlüyü yarışacaq.

Qeyd edək ki, aktivində 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Rusiya 19 qızıl, 10 gümüş və 10 bürünclə birincidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qorxmaz Hüseynovun QIZIL SUYUNA çəkilmiş villası – Fotolar

"Elçibəy mənə xüsusi tapşırmışdı ki, kontraktdakı payların bölünməsində 2 şirkətin razı qalmasına çalışım"

Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı

DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alıb?

Hafiz Hacıyev: “Heç vaxt Ramiz Mehdiyevin əlindən öpməmişəm”

Ötən ay vəzifədən azad olunan general vəfat etdi

loading...

Ən çox oxunanalar