Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fiziki şəxslərin sosial ödənişlər mexanizmi təkmilləşdirilməlidir"

Minimum əməkhaqqı və ona uyğun olaraq orta aylıq əməkhaqqının artırılması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi mexanizminin təkmilləşdirilməsi məsələsini bir daha gündəmə gətirir

Bu fikirləri İctimai Televiziyanın "Diqqət Mərkəzi - Yekun" verilişində “Report”un müxbirinin sualına cavabında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sosial paketlə yanaşı, sosial paketin fəlsəfəsinə uyğun olaraq bir sıra digər dəyişikliklərin də həyata keçirilməsinə ehtiyac var:

"Xüsusən də kiçik və orta sahibkarların, yəni VÖEN-i olan fiziki şəxslərin, sosial ödənişlərinin hesablanması qaydasının dəyişilməsi gündəmə gəlir. Minimum əməkhaqqı artırsa, təbii ki, fiziki şəxslərin daha çox sosial ödəniş həyata keçirməsi müşahidə olunacaq. Ona görə də, minimum əməkhaqqı ilə əlaqəni azaltmaq yaxud ləğv etməyə ehtiyac var ki, minimum əməkhaqqının artması digər kateqoriyalı vətəndaşlarımız və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşlarımız üçün əlavə xərc yaratmasın."

İqtisadçı-ekspert istehlak səbətinin yenidən baxılması və artırılması məsələsinə də toxundu.

"Eyni zamanda, yaşayış minimumuna və istehlak səbətinə yenidən baxılmasına və, təbii ki, artırılmasına da ehtiyac var. İstehlakın artımını nəzərə alsaq, səbətin tərkibindəki məhsulların payına yenidən baxılması, müasir tələblərə və çağırışlara uyğunlaşdırılması, həmçinin, istehlak səbətinə yeni xidmətlərin daxil edilməsini də zəruri edir".

pia.az


Etiket: Vüqar Bayramov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar