Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüquqşünas Konstitusiya Məhkəməsinin qərarı haqda: “Qərar natamamdır...”

Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı son qərarını banklar könüllü icra edəcəklər?

Bank üzrə ekspert: “Konstitusiya Məhkəməsinin Qərarı məlumun elanından başqa bir şey deyil”

“Banklar istənilən bəhanə ilə vəd etdikləri krediti verməyə bilərlər”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verib.

Xatırladaq ki, ötən həftə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəməsində Mülki Məcəllənin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında qırar qəbul edib. Qərarda deyilir ki, Mülki Məcəllənin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bankların bu qərarı könüllü icra edəcəklərinə inanmaq olar və bu qərar problemli kreditlərin azalmasına təsir edəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Əsas məsələ başqadır və təəssüf ki, Məhkəmə ona münasibət bildirməyib”.

Qərarın əslində qeyri-müəyyən, natamam olduğunu düşünən hüquqşünas PİA.az-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin Qərarı məlumun elanından başqa bir şey deyil:

“Qərar əslində qeyri-müəyyəndir, natamamdır. Mülki Məcəllənin şərh edilən 746-cı maddəsində deyilir: “Borc vermək vəd edildikdə vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun. Borc vermək vədi yazılı surətdə tərtib edilməlidir”.

Yəni tutaq ki, bank müştəri ilə kredit və ya kredit xətti müqaviləsi bağlayaraq kredit vermək öhdəliyi götürüb. Amma müqavilənin bağlanmasından sonra borc alanın əmlak vəziyyəti pisləşir və bank kreditin qaytarılacağı üçün təhlükə görür. Bu halda bank krediti verməyə bilər. Maddə kifayət qədər aydındır. O da aydındır ki, borc alan qismində həm fiziki, həm də hüquqi şəxs çıxış edə bilər. Çünki maddədə borc alanın kimliyi vurğulanmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Qərarı məlumun elanından başqa bir şey deyil!

Əsas məsələ başqadır və təəssüf ki, Məhkəmə ona münasibət bildirməyib: əmlak vəziyyətinin pisləşməsinin meyarı nədir? Xarici təcrübədə bu meyarlar (məsələn, gəlirin müəyyən həddədək azalması, işsiz qalma və s. və i.a.) kredit müqaviləsində göstərilir adətən. Əks halda bank bu hüquqdan sui-istifadə edə bilər. Təəssüf ki, bu Qərardan sonra bizim banklar da bundan sui-istifadə edəcək. İstənilən bəhanə ilə vəd etdikləri krediti verməyə bilərlər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar