Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm İmamoğlu İstanbulu aldı: Binali Yıldırım təbrik etdi - Şərh

İstanbul Böyükşəhər Bələdiyyə seçkisinin 2-ci turunda qalib bəlli olub

Rəsmi açıqlamaları gözləmədən AK Parti namizədi Binali Yıldırım Əkrəm İmamoğlunu təbrik edib. Bu da o deməkdir ki, hakim partiya məğlubiyyətlə barışıb və Əkrəm İmamoğlunun qələbəsini etiraf edib.

Azərbaycanın tanınmış siyasi eksperti Şahin Cəfərli seçkilərə dair ilk açıqlamasını yayıb.

Onu təqdim edirik:

"Binəli Yıldırım az öncə rəqibini qələbə münasibətilə təbrik etdi.

İsti-isti aşağıdakıları söyləmək olar:

- Rəcəb Tayyib Ərdoğan karyerasının ən ağır məğlubiyyəti ilə üzləşdi. İstanbulda 2 dəfə arxa-arxaya uduzmaq tarixi olaydır və bunun iqtidar üçün və ölkə siyasəti üçün siyasi nəticələri qaçılmazdır;

- Ərdoğanın "Öcalan açılımı" tərs təpdi, kürdlər səsvermədə iştirak edib İmamoğlunu dəstəklədi, MHP-lilərin isə Yıldırıma dəstəyi xeyli azaldı;

- Dəmirtaşın kürdlər üzərində Öcalandan daha çox təsir gücünə malik olduğu ortaya çıxdı. Bu seçki son günlər həm də bir növ, Dəmirtaş-Öcalan referendumuna çevrilmişdi. Qalib məlumdur. Bu, HDP üçün PKK-nın təsirindən və basqısından xilas olub, ümummilli miqyaslı normal bir sol partiya kimi fəaliyyət göstərmək üçün yaxşı şansdır. İstifadə etsələr, həm özləri, həm də Türkiyə üçün yaxşı olar;

- İmamoğlu öz ittifaqının (CHP+İyi Parti) maksimum səsini toplamaqla bərabər, HDP, MHP və digər kəsimlərdən də ciddi səs alaraq ümummilli konsensusla İstanbul meri kreslosuna oturacaq. Bu, qütbləşmiş Türkiyə üçün tarixi əhəmiyyətli hadisədir;

  • İstanbul seçkilərinin təsiri lokal miqyasda qalmayacaq və Türkiyədəki siyasi proseslərin gedişinə çox ciddi təsir göstərəcək. Aradakı səs fərqi siyasətdəki zəlzələnin də şiddətini müəyyən edəcək.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar