Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın aktivlərindən 1.2 milyard dollar dövlətə qaytarılıb

Bu barədə G.Kərimovanın qızı İnstaqram hesabında yazıb.

İnstaqram hesabında həmçinin Kərimovanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı da qeyd edilib.

Xatırladaq ki, Özbəkistan Baş Prokurorluğunun mətbuat katibi Suraya Raxmanova üç gün əvvəl qeyd etmişdi ki, G.Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və mərhələ-mərhələ geri qaytarılır.

Onu da qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildə vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyununda humanizm prinsipləri əsas götürülərək G.Kərimovanın cəzası ev dustaqlığı ilə əvəzlənib. Amma həmin müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə barəsində yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olunub və hazırda cəzasını çəkir.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar