Cümə, 19 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

ABŞ İranın raket sistemlərinə hücum etdi

ABŞ prezidenti Donald Tramp İrana hücum barədə sərəncam verib və bu hücum uğurla həyata keçirilib. Amma hücum bombardmançılar vasitəsilə deyil, kompüterlərlə, yəni kiberməkanda edilib

Bu barədə “The Washington Post” Birləşmiş Ştatların kiberkomandanlığındakı mənbəyə istinadən bildirir.

Qəzetin yazdığına görə ötən həftənin cümə axşamından etibarən ABŞ fəal kiberhücum əməliyyatları həyata keçirir, bu əməliyyata bir neçə aydır hazırlıq gedirdi. Bildirilir ki, amerikalılar artıq İran raketlərinin buraxılış sistemini sıradan çıxara bilib, bu zaman heç kim xəsarət almayıb.

Bu məlumatı rəsmən Ağ evdə və Pentaqonda heç kim şərh etmir, amma dövlət başçısı təsdiq edib ki, İrana zərbələrin endirilməsi barədə əmrini ləğv etməyib. Sadəcə təxirə salıb və hərbi əməliyyatlar planı onun masası üzərindədir.

İran mənbələri də ABŞ-ın kiberhücumlara başladığını dolayısı ilə təsdiqləyir. “Mehr” agentliyinin məlumatına görə ABŞ-ın 5-ci donanmasının gəmilərinə elektron kəşfiyyat və kompüterlər üzrə İsrail mütəxəssisləri çatdırılıb. Onlarr İrana qarşı ABŞ-ın başlatdığı kibermüharibədə iştirak etməlidir.

İran Müdafiə Nazirliyinin nümayəndəsi bu informasiyanı şərh edərkn deyib ki, “təcavüzkarın” tərəfində dayanan müsəlman ölkələri “sionist təcavüzkarla” çiyin-çiyinə dayandıqlarını nəzərə almalıdır.(virtualaz.org)

pia.az

Etiket: ABŞ İran

Şərh yazın.

loading...