Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailəsini Ayselin dağıtdığını deyən qadına zərbə: Uşağı əlindən alındı

Bir müddət öncə müğənni Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovu əlindən almaqda, ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəfovanın uşaqları (Mədinə və Zeynəb - red.) məhkəmə yolu ilə əlindən alınıb

Bu, Elçin Nəcəfovun müvafiq iddia ilə məhkəməyə müraciətindən sonra baş tutub.

Məhkəmə prosesinin nəticəsi "Xəzər TV"də yayımlanan "Səni axtarıram" verilişində açıqlanıb.

T.Nəcəfovanın vəkili Tahir Əlirzayev telefonla canlı efirə qoşulub və məhkəmənin nəticəsini elan edib:

"Təəssüf ki, Elçin Nəcəfovun Turanə Nəcəfovaya qarşı iddiası təmin edildi. Məhkəmə azyaşlı Zeynəbin (11 yaş - red.) anasından alınıb, atasına verilməsi barədə qərar çıxardı.

İddia ərizəsində uşağın atanın yanında olduğu, bununla belə, anadan alınıb ataya verilməsi tələb edilib.

Mən hakimə dedim ki, iddiadan uşağın atada olduğu məlum olur. Bizdən alınıb necə ona veriləcək? Ancaq qətnamə onların lehinə çıxarıldı.

Hakim Mədinənin də fikrini soruşdu. O, baxışı ilə ayrılmaq istəmədiyini dilə gətirdi".

Qeyd edək ki, Turanə bir neçə ay öncə "Səni axtarıram" proqramına şikayətçi qismində qatılıb və gündəmi dəyişən iddialar irəli sürüb. O, müğənni Aysel Əlizadənin keçmiş həyat yoldaşı, "Yetim" ləqəbi ilə tanınan Elçinlə ailəsini dağıtdığını bildirib.

Turanə bildirib ki, Elçinin avtosalonu var və tikinti ilə məşğuldur. O, ərinin müğənniyə "Porsche" aldığını iddia edib. Bundan sonra Aysel Əlizadə "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib.(Oxu.az)

pia.az


Etiket: Məhkəmə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar