Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şamaxıdakı otellərə yalnız gizli eşq yaşamaq üçün gedirlər”

Abidələr var, Rəsədxana var, çalışmağa hazır əhali var - amma sistem zaydı

“Son günlər Cürcüstanın Siqnaxi bölgəsində oldum, ümumiyyətlə, Gürcüstanda 21 bölgə üzrə maraqlı turizm marşrutu təşkil edilib, turizm bütün ölkəyə yayılıb. Bu gün Tiflisə gələn turistlərin 59%-i bölgələrə də gedirlər. Beləliklə də turizmin gəlirini tək Tiflis yox, bütün ölkə yeyir”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, Siqnaxi Tiflisdən cəmi 110 km aralıda, dağların qoynunda yerləşir. Maraqlı tarixi abidələri, uydurulmuş hekəyələri var.

“Cəmi 1,5 saata Tiflisdən hər gün onlarla turist qrupu Siqnaxiyə gəlir, axşam isə əksəriyyət Tiflisə dönür. Şəhərciyin tək gəlir yeri turizmdir, onlarla kafe, restoran, otel, hostel və kiçik ev tipli qonaqlama yerləri var.

Əhalinin tək işi turistlərə xidmət edib, nəsə satıb pul qazanmaqdır. Şəhərciyin turizmdən illik gəliri 170 mln. dollardan çoxdur.

Açığı, cəmi 1 gün qalmalı yerdir, ikinci gün orda insanln canı sıxılar, amma biznes xalqa məxsusdur, turizmdən hər evə pay düşür deyə şəhərcik inkişaf edib böyür, insanların rifahı yüksəlir”.

N. Cəfərli deyir ki, Şamaxı da Bakıdan cəmi 110 km aralıda, dağlar qoynunda yerləşir, qədim tarixi, əsl hekayə qurmağa təməli var. “Gözəl tarixi abidələri olsa da, yiyəsi yoxdur. Söhbət yiyə olaraq hökumətdən getmir, zatən hökumət zay çalışır - yəni, şəhərin yiyəsi xalq deyil, turizm Siqnaxidə olduğu kimi xalq biznesinə çevrilməyib.

Büdcə və korrupsiya puluna 1-2 qlamur otel tikiblər, çox zaman da otellər boş qalır, maksimum Bakldan ora yaxın olduğu üçün gizli eşq yaşamağa bəzi cütlüklər gedir - vəssalam.

Abidələr var, Rəsədxana var, çalışmağa hazır əhali var - amma sistem zaydı, xalq turizm sektorunun sahibi, sahibkarı ola bilmir deyə Şamaxı Siqnaxiyə 10:0 uduzur, halbuki azı 3:1 udmalı idi.

Turizmin əlifbası paylaşmaqdır, hekayə quruculuğudur, rəqabətdir, kiçik sahibkarlığa dəstəkdir. Mərmərdən büdcə puluna otel tikib od qiymətinə satmaqla, lüləkababla, yerli əhaliyə sahibkar kimi deyil də, ancaq ucuz işçi qüvvəsi kimi baxmaqla turizmi inkişaf etdirmək olmur”.

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar