Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Amerikalılar anlamalıdır ki, bu, zarafat deyil, onlara verilən ciddi mesajdır"

İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurması ABŞ üçün gözlənilməz hadisə idi

Bu sözləri İranın xarici siyasət üzrə mütəxəssisi Əli Rza İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmasına münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ İranın müharibəyə hazır olmasını təxmin etmirdi:

“Amerika Birləşmiş Ştatları tez-tez bu cür hücumlar edir, asan hədəf tapdıqda isə bu hərəkətlərini davam etdirir. Lakin bu dəfə İran tərəfindən PUA-nın vurulmasından sonra ABŞ İranın asan hədəf olmadığını gördü. İran bu məsələlərlə bağlı daha əvvəl də açıqlama verib. Torpaqlarına daxil olan hər cür kəşfiyyat vasitəsinə və hərbi hava qüvvələrinə Müdafiə Nazirliyi tərəfindən dərhal hücum ediləcəyi ilə bağlı İran xəbərdarlıq etmişdi. İran bu istiqamətdə ciddi addımlar atmağa hazırdır. Amerikalılar PUA-nın bu ölkənin torpaqlarına girməsinin zarafat olmadığını anlamalıdır. ABŞ Silahlı Qüvvələri daha əvvəl də təsadüf, ya da yanlışlıqla sərhədləri pozmuşdu və iranlı əsgərlər də qəti və peşəkar şəkildə cavab vermişdi. Təcavüzkar və təxribatçı siyasət tətbiq edən yeganə ölkə ABŞ-dır. Bu hadisə İranın amerikalılara verdiyi ciddi mesajdır”.

Qeyd edək ki, iyunun 19-u İran ordusu Hörmüz boğazı üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub. (Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar