Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün İstanbul “səfir"ini seçir

Türkiyənin ən böyük şəhərinin meri uğrunda mübarizənin ikinci raundu 23 iyunda olacaq

Bu gün Türkiyədə həlledici seçkilərdir. İyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək. Əslində Türkiyənin yalnız bir şəhərində - İstanbulda keçirilsə də, təkrar seçkilər indi nəinki İstanbul və Türkiyə, artıq həm də dünya mediasının diqqətindədir. Beynəlxalq media orqanları İstanbul bələdiyyə sədrliyinə namizədlərdən müsahibə alır, İstanbul seçkiləri mövzusunda analizlər hazırlayır.

Məlum olduğu kimi, martın 31-də keçirilən bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə seçkilər siyasi qalmaqala çevrilib. Aprelin 17-də uzun müzakirələrdən sonra İstanbul Seçki Komissiyası CHP namizədi Əkrəm İmamoğlunun qələbəsini elan etsə də, mayın 6-da Yüksək Seçim Qurumu nəticələri ləğv edərək iyunun 23-də təkrar seçki elan edib.

Ancaq İstanbul bələdiyyə seçkiləri Türkiyənin ən böyük şəhərinin bələdiyyə sədrini müəyyən edəcək seçkilər olmaqdan çıxaraq ölkənin bir nömrəli gündəm hadisəsinə çevrilib. Ölkə prezidenti, həmçinin onun siyasi müttəfiqi olan MHP sədri, daxili işlər naziri və daha bir neçə hökumət üzvü, eləcə də qarşı tərəfdən CHP, İyi Partiya kimi müxalif qurumların sədrləri, millət vəkilləri İstanbul seçki kampaniyasına qoşulub.

İstanbul seçkilərinin bu qədər böyük ümumrespublika, hətta dünya gündəminə düşən hadisə olması bir sıra amillərlə izah olunur. Birincisi, seçkilərin ciddi mübahisələrə səbəb olması, iqtidar partiyasının ana müxalifəti seçki saxtakarlığında ittiham etməsi, sonra nəticələrin ləğvi və bu kimi mübahisə doğuran amillərdir. İkinci amil İstanbulun Türkiyədə ən böyük şəhər olması, 15 milyondan çox əhalisi, Avropada ən məşhur turizm, ticarət və sənaye mərkəzlərindən olması kimi iqtisadi və strateji önəminin olması. Nəhayət, hakim partiyanın İstanbul seçkilərini həm özü, həm də Türkiyə üçün ölüm-qalım mövzusu səviyyəsinə qaldırması və bununla da yerli bələdiyyə seçkisinin siyasi əhəmiyyətinin yüksəlməsi.

Bu amillər İstanbul seçkilərini bir şəhərin bələdiyyə sədrinin (Bələdiyyə məclisi, rayon bələdiyyələri və məhəllə muxtarları seçkisinin nəticəsi ləğv olunmayıb - K.R.) seçilməsindən daha çox ölkə prezidenti seçkilərini xatırladır. Maraqlıdır ki, ilk dəfə 17 ildən sonra məhz 23 iyun təkrar seçkilərində əsas iddialı namizədlər arasında canlı yayında debat keçirilib.

İstanbul seçkilərinin əhəmiyyətini nümayiş etdirən ən son siyasi hadisələrdən biri də bir neçə gün əvvəl prezident Ərdoğanın İstanbulda xarici ölkə media orqanlarının təmsilçiləri ilə görüş keçirməsi olub. Maraqlıdır ki, əsasən G-20 sammitinə hədəflənmiş görüşdə Ərdoğan AKP namizədi Binəli Yıldırımı dəstəklədiyini bəyan edib. Eyni zamanda Əkrəm İmamoğlunun İstanbul bələdiyyəsindəki bədxərcliklə bağlı iddialarını rədd edib.

Qeyd edək ki, 31 mart seçkilərinin nəticələrinə əsasən iki namizəd arasında əvvəlcə Əkrəm İmamoğlunun xeyrinə 25 min səs fərqi olub. Ancaq AKP-nin etirazlarından sonra səslər yenidən sayılıb və bu dəfə fərq 13 min səsə enib. Bu isə o deməkdir ki, 10 milyondan bir qədər artıq seçicinin olduğu İstanbulda hər iki namizədin ortalama 5 milyondan bir qədər çox səsi var.

Bu səbəbdən də indi namizədlərin kampaniya dönəmində əsas hədəfi əvvəlki seçkiyə qatılmayan passiv kütlə və kürdlərdir. Məlum olduğu kimi, kürdlər seçkilərdə əsasən HDP-ni dəstəkləyir. Ancaq HDP İstanbulda namizədlə çıxış etmədiyi üçün indi hər iki partiya məhz neytral kürd seçicisinin səsini almağa çalışır. Təbii ki, daha əvvəl dindar-mühafizəkar kürd seçicisi AKP-yə səs verib. Ancaq HDP-dən sonra kürdlər əsasən bu partiya ətrafında toplanıb. HDP-nin həmsədri Səlahəddin Dəmirtaş İstanbul seçkilərində İmamoğluna dəstək çağırışı edib. Ancaq maraqlıdır ki, seçkilərə bir neçə gün qalmış İmralı həbsxanasında saxlanılan PKK lideri Öcalan isə onunla görüşən bir universitet müəllimi vasitəsilə kürdləri İstanbul seçkilərində tərəfsizlik nümayiş etdirməyə çağırıb. Seçkilərə 3 gün qalmış alovlanan bu mübahisələr İstanbul seçkilərində kürd səsinin ciddi rolunun olduğunu deməyə əsas verir.

Artıq seçki kampaniyası da yekunlaşır. Bu günə qədər olan rəy sorğularının əksəriyyətində İmamoğlu öndə olsa da, prezident Ərdoğan bəyan edib ki, sosioloji sorğular daha çox sifarişlidir, reallığı əks etdirmir. Ölkə prezidentinin bu mövqeyi bir mənada həm də seçkilərin sürpriz nəticələrinin olacağını deməyə əsas verir.

Və nəhayət, İstanbul seçkilərinin daha çox diqqət toplamasının bir səbəbi də bu seçkilərin siyasi baxımdan hakim partiya üçün nəbz yoxlamasına çevrilməsidir. Bu səbəbdən də Türkiyə iqtidarı İstanbul seçkilərinə ölüm-qalım məsələsi kimi yanaşır. Bu isə seçkilərin o qədər də rahat keçməyəcəyini, siyasi gərginliyi yüksəldəcəyini göstərir. Eyni zamanda açıqlamalar, hətta seçiləcəyi təqdirdə İmamoğlunun ciddi iqtidar təzyiqi ilə qarşılaşacağını göstərir. Bunun qarşısında CHP namizədinin bütün təxminləri alt-üst edərək yüksək fərqlə qalib gəlməsi lazımdır.(yeni müsavat)

pia.az


Etiket: İstanbul seçki

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar