Sabirabad şəhər sakini özünü asaraq intihar edib
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gecə şəhərin H. Aslanov küçəsi 25-də qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Məhərrəmov Orxan Tofiq oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
pia.az