Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana narkotik gətirən İran vətəndaşı həbs edildi

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub

Komitədən verilən məlumata görə, məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Nəcəfov Pərviz Nəcəf oğlu sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb. Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilen bağlamalarda qablaşdırılmış spesifik qoxuya malik, cəmi çəkisi 4188 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Nəcəfov Pərviz Nəcəf oğlunun 4188 qram narkotik vasitə olan tiryəki İİR vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin vətəndaşın şəxsiyyəti dəqiqləşdirilərək Masrour Kamran Seifollah oğlu olduğu müəyyən edilib. Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Masrour Kamran Seifollah oğlu Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə ölkə ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb və Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılaraq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket: Narkotik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar