Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib

Yeni rəisi kollektivə Ramiz Mehdiyev və Fuad Ələsgərov təqdim edib

Bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev DTX-nin kollektivinə təqdim olunub.

“Report”un xəbərinə görə, yeni rəisi kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və əmin edib ki, Ali Baş Komandanın müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəflə xidmət üçün bütün imkanlar bundan sonra da tam səfərbər olunacaq.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin şanlı vətənpərvərlik və peşəkarlıq irsi Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyət tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

Təqdimat tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin olunmuş Mədət Quliyev şəxsi heyətlə vidalaşıb və xidmətdə yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Eyni zamanda bu gün Baş Prokuror Zakir Qaralovun, Respublika Baş Prokurorluğunun kollegiyasının üzvlərinin, eləcə də mərkəzi aparatının kollektivinin iştirakı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib.

Baş Prokuror çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamına əsasən, Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı dövlət başçısına minnətdarlığını bildirib. O və digər çıxış edənlər 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Əli Nağıyevin xidmətlərini yüksək qiymətləndirib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi kimi ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar