Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatında medal qazanan güləşçilər mükafatlandırılıb

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi Namiq Əliyev İspaniyanın Pontevedra şəhərindəlki gənclər arasında Avropa çempionatında medal qazanan güləşçilərlə görüşüb

Mərasimdə medal qazanan güləşçilərə pul mükafatları təqdim olunub. AGF rəhbəri bildirib ki, bir müddət federasiyada problemlər yaşansa da, yenidən toparlanaraq ayağa qalxıblar.

O, deyib ki, federasiya hər zaman əlindən gələni edir: "Sözsüz ki, prezident İlham Əliyevin dəstəyinin böyük rolu var. Bunun da nəticəsində iş gedir. Federasiya yumruq kimi birlik nümayiş etdirməlidir. Güləşçilər də onlara yaradılan şərait müqabilində bacarıqlarını göstərməli, üzərlərində maksimum dərəcədə işləməlidirlər. İnsan çalışmaqla hər şeyə nail ola bilər. Yığmada heç kimin yeri təmin olunmayıb. Heç kim zəmanət verə bilməz ki, burada əyləşən gənclərdən kimsə gələn il Tokio Olimpiadasında iştirak etməyəcək. Toğrul Əsgərov Olimpiya Oyunlarına yollananda cəmi 19 yaşı vardı. Səhvlərinizi təhlil edib, onları aradan qaldırmalısınız. Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına 1,5 ay qalıb. Mundiala daha yaxşı hazırlaşmaq lazımdır. Ümid edirəm ki, Avropa çempionatında gümüş və bürünc medal qazananlar dünya çempionatında daha yaxşı nəticələrə imza atacaq. Hamınıza uğurlar arzulayıram”.

Xatırladaq ki, gənclərin Avropa çempionatında sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) ilə Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş və İslam Abuyev (125 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Əsgər Əlizadə (60 kq) gümüş, Zaur Əliyev (55 kq) isə bürünc medala sahib olub..(report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar