Çərşənbə, 24 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Rusiyanın Xarici İşlər naziri Tahir Salahovun sərgisində olub

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evi”ndə bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahovun sərgisi keçirilib

Tədbirdə çıxış edən S.Lavrov sərginin Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evi”ndə keçirilməsinə razılaşdığı üçün T.Salahova təşəkkür edib.

“Bu ideya Azərbyacan paytaxtı Bakıda yarandı. İstədik ki, Tahir Salahovun yaradıcılığı ilə moskvalılar da yaxından tanış olsunlar. Yaxşı ki, sərgi baş tutdu. Tahir Salahov bütün mükafatlara və adlara sahibdir. Mən sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər və yeni yaradıcılıq uğurları arzu edirəm”, - S.Lavrov deyib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Mixail Şıvıdkoy, Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova ilə yanaşı, Rusiyanın və Azərbaycanın ictimai-siyasi və mədəniyyət xadimləri də iştirak ediblər.

* * *13:49

Rusiya Xarici İşlər Nazirliyinin “Qonaq Evində” Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahovun sərgisi keçirilib.


“Bakıda Sergey Lavrov mənin sərgimin Moskvada, Xarici İşlər Nazirliyində keçirilməsini istədiyini bildirdi. Mənin sərgimin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir yerdir. Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlər nümayiş olunur. Və biz gərək onları unutmayaq”,- deyə Tahir Salahov bildirib."Report"un məlumatına görə, Tahir Salahov jurnalistlərə acıqlamasında Bakıda keçirilən sərgisində Serqey Lovrovun iştirak etdiyini bildirərək, onu Rusiya Xarici İşlər Nazirliyinin ordeni ilə təltif etdiyini bildirib.

pia.az

Etiket: Tahir Salahov

Şərh yazın.

loading...