Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Eldar Quliyevdən sensasion açıqlama

"Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər"

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyirik. Baş Assambleyanın sessiyası İrəvanda keçirilmişdi, biz orada iştirak edirdik. Amma biz burada erməni nümayəndələrini görmürük”.

Bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev deyib.

O, Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsini də qaldırıb: “Erməni separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar göstərir ki, ermənilər qeyri-konstruktiv mövqedədirlər”.

E.Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq Azərbaycan itkilərə məruz qalır: “Bu yaxınlarda iki hərbiçimiz şəhid olub. Onlardan biri mayor, o biri isə əsgər olub. Təəssüflər olsun ki, Ermənistanın müdafiə naziri həmin erməni hərbçiləri mükafatlandırıb. Bizim parlament və digər səviyyələrdə apardığımız səylər nəticəsini vermir. Bizim vətəndaşlarımızın hüquqları bu gün də ermənilər tərəfindən pozulur”.

Deputat Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb: “Zəruri halda Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq”.(Report)

pia.az


Etiket: Eldar Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar