Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qaz və işığın qiyməti nə vaxt endiriləcək? - Açıqlama

Sosial sahədəki sərəncamlar kommunal qiymətlərin aşağı salınması ilə bağlı məsələni də gündəmə gətirib

Ötən gün Nazirlər Kabinetinin iclasında da kommunal məsələlərdən danışılıb.
Baş Nazir Novruz Məmmədov bildirib ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Sabah”a açıqlamasında bildirib ki, kommunal qiymətlərdə endirim gözləmir:

“Əslində qaz və işıq, kommunal qiymətlərin enməsini gözləmirəm. Belə bir ehtimalın olması çox aşağıdır. Çünki büdcə xərcləri sürətlə artır. Son fərmanlar, maaş və təqaüdlərin artımını nəzərdə tutur. Getdikcə büdcəyə daha çox yük düşəcək. Ona görə də kommunal xidmətlərdə qiymət endiriminə gedilməsi, hələlik mümkün görünmür. Belə bir ehtimal çox aşağıdır”.

Ekspertin sözlərinə görə, buna neftin qiyməti də təsir edəcək:

“Neft qiymətlərinin də oynaq olması hökuməti bunu nəzərə almağa məcbur edir. Neftin qiymətində növbəti dəfə enmələr olsa, ümumiyyətlə, kommunal xidmətlərdə hər hansı qiymət dəyişikliyinin olmasının ehtimalı sıfıra yaxınlaşar. Ona görə də maaş və təqaüdlərin artımı, sosial paketin genişləndirilməsi onu deməyə əsas verir ki, kommunal xidmətlərdə tariflərin enməsini gözləmək əbəsdir”.

pia.az


Etiket: Natiq Cəfərli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar