Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livanda Əsədə qarşı olanlar və olmayanlar - Burada İŞİD-ə kimlər göz yumur?

İŞİD-çi bir qatil olan qeyri-adi qəhrəman Livan siyasətindəki problemləri daha da dərinləşdirir

Robert Fisk
“Independent” qəzeti, ABŞ

Sabir Murad anası livanlı olsa belə, atası fələstinli olduğu üçün ona vətəndaşlıq verməyən ölkəyə görə öz həyatını təhlükəyə atıb.

Sabir Murad İslam xəstəxanasının üçüncü mərtəbəsində qəhrəman ədası ilə gülümsəyirdi. O, “hər zaman yardıma ehtiyacı olanlara kömək edən bir insan olmuşam”, deyib - “həyatda heç nədən qorxmuram.”

Sinəsi sarğılarla və çoxlu tatuajla dolu olan, Avstraliya aksenti ilə danışan bu livanlı şəxs Şimali Livanın Tripoli şəhərində Ramazan bayramına hazırlaşan sivil insanlara atəş açan İŞİD-çi qatili qəsdən maşını ilə əzib.

Muradın başının arxasında da sarğılar var, çünki bu, xoşbəxt sonluqla bitən Hollivud filmi deyil. Bu, qanlı hadisədir. Suriyadan gələn İŞİD-çi Muradı 3 dəfə beynindən, 1 dəfə isə boynunun altından vurub.

“Güllələrin mənə necə dəyməsi təxminən yadımdadır, sonra da gördüm ki, başımın arxası açılır. Qeyri-adi bir hal idi”, deyə qeyd edən Murad gülümsəyərək əlavə edib: “Amma o adamın nifrət dolu iri gözləri vardı, sanki, hamıya nifrət edirdi. Uzun bir saqqalı vardı və ətrafdakı hər kəsə ağzına gələni deyirdi.”

31 yaşlı inşaat işçisi olan Muradın yanında oturan xalası və digər qohumları da bu qorxunc ifadələr qarşısında dəhşətə gəlmişdilər.

“Çox qan axırdı, yeriyirdim, amma heç nə görə bilmirdim. İnsanları axtarırdım. Hücum ərzində bir adam yanımda gözləyirdi və təcili yardım gələnə qədər orada qaldı. Mənə davamlı olaraq “çox pis haldasan” deyirdi. Təcili yardım gələnə qədər yanıma qaldı, sonra isə gözdən itdi.

Sadəcə olaraq insanlara kömək etmək istəyirdim, həyatım boyunca belə oldum. Təkcə bunu dedim: Qoymaram ki, bu adam insanlara atəş açsın. İnsanların gözümün qabağında ölməsinə icazə verə bilməzdim.”

Livanlı 2 əsgərin və 2 polisin həyatını itirdiyi hadisə ilə bağlı bu qədər şou hələlik kifayətdir. Lakin Suriyada Əsəd rejiminə qarşı mübarizə aparmış, təcrübəli İŞİD-çi olan Əbdürrəhman Məbsut 4-cü mərtəbədəki boş bir evə girib balkondan sonuncu qurbanını da vurduqdan sonra özünü bir bomba ilə öldürdüyü zaman bu şou başqa cür sonlanmışdı.

Balkon indi qaralmış və məhv olmuş bir vəziyyətdədir. Ətrafında da güllə izləri var. Binadakı bu çirkin qara dəlik Məbsutun Livan siyasətində açdığı qara dəliklər qədər iyrəncdir.

Çünki hər kəs görür ki, Livanın “sadə bir qəhrəmanı” ona vətəndaşlıq verməyən ölkənin insanları üçün həyatını təhlükəyə atıb. Vətəndaşlıq verilməməsinin səbəbi isə bəsit və utanc vericidir: Anası livanlı olsa da, atası fələstinli olduğu üçün ona vətəndaşlıq verilməyib.

1948-ci ildə 750 min qaçqının Fələstindən köçməsi və Livanın diqqətlə qurulmuş müsəlman-xristian-druzlar cəmiyyətinin 75 il əvvəl israillilərdən qaçan yad adamlar ucbatından pozulması ehtimalı bu keçmiş müharibənin uşaqlarını düşərgələrə həbs edib. Üstəlik, daha sonra livanlı qadınlarla evlənən kişilərin uşaqları da eyni vəziyyətdə qalıblar.

Livanın səlahiyyətli şəxsləri Murada təriflər yağdırmaq üçün tələssələr də, onlar hal-hazırda Avstraliya vətəndaşı olmaqla yanaşı, Livan pasportu olmasına heç vaxt icazə verilməməsini - və yaxud da doğulduğu ölkədə bərabər yaşamaq haqqına sahib olmamasını - müzakirə etmək istəmirlər.

Təbii olaraq, öz qəhrəmanları üçün lazımi müalicəni edirlər. Lakin buradakı “öz” sözü bir az risklidir. Çünki əgər bu yaxşı adama livanlı desələr, onda illərdir xarici vətəndaşlarla evli olan və uşaqlarının livanlı olması üçün qanunun dəyişməsini istəyən minlərlə livanlı qadına ümid verəcəklər. Hökümətdən dəfələrlə bu qanunun dəyişilməsi tələb olunub, lakin hökumət rədd cavabı verib.

İŞİD mərmiləri, görünür, Sabir Muradın beyninə təsir edib. Hələ də ingiliscə və ərəbcə əla danışır, - özəl xəstəxana otağına daxil olanda onun Avstraliyadakı qohumları ilə telefonda danışdığını eşitdim - lakin artıq rəqəmlərdən istifadə edə bilmir. Çünki 31 yaşında olduğunu demək üçün barmaqları ilə 3 dəfə 10-a qədər saydı, sonra da baş barmağını göstərdi. Murad boşanıb, amma Maria və Ace adlı iki uşağı Avstraliyada yaşayır. Uşaqların yaşını soruşduqda 10-a və 11-ə qədər barmaqları ilə saydı. Lakin o qədər yaralanmasına baxmayaraq, şanslı adamdır.

Keçən həftə bir nəfər İŞİD-çinin hücumuna qurban gedən insanların ailələrini də nəzərə alsaq, ölülərin adlarını burada çəkə bilərik: Livan ordusunun leytenantı Əli Fərhad, əsgər İbrahim Saleh, Daxili Təhlükəsizlik Qüvvələrinim çavuşu Conni Xəlil və onbaşı Yusif Faraj.

İndi isə keçək İŞİD qətliamına.

Məbsut Suriyada “İslam dövləti” təriqətinin üzvü olaraq mübarizə aparıb. Bir gün o, Tripolidəki bayramda avtomat tüfəng və 6 əl bombası ilə insanlara hücum edib və onlarla insanı yaralayıb. Livan Daxili İşlər naziri Raya Həsən Məbsutu dərhal “yalnız qurd” adlandırıb, lakin Tripolidə əlaqə saxladığım bir çox insan Məbsutun köməyə ehtiyacı olduğunu düşünürdü. Son nəticədə, Məbsut təcrübəli bir İŞİD-çi idi. O qədər təhlükəli idi ki, 2015-ci ildə Livana qayıdanda Beyrutun şimalındakı izdihamlı Rumiyyə həbsxanasına göndərilmişdi.

Lakin bu adamın İŞİD fəaliyyətləri Suriyada, yəni xarici bir ölkədə həyata keçirilib və Livanın müsəlmanları və xristianları Bəşər rejiminə qarşı yenə iki yerə bölünüblər.

Şiə Livan Hizbullahı Suriya hökumətinin ordusu ilə birlikdə mübarizə aparır. Sünni siyasətçilər İŞİD probleminə, demək olar, heç fikir vermirlər. Lakin Əsədə şiddətlə qarşı çıxırlar. Livanın həm Səudiyyə, həm də Livan pasportuna sahib olan və - keçən il Riyadda qısa müddətdə qaçırılmasına qarşılıq olaraq - səudiyyəlilərə sadiq olan baş nazir Saad Hariri də Suriya rejiminin tərəfdarı deyil. O, atası sabiq baş nazir olan Rəfiqin 1995-də öldürülməsində hələ də Suriya rejimini günahkar hesab edir.

Buna görə də, heç təəccüblü deyil ki, Livan prezidenti Mişel Aunun qurduğu və sabiq lideri olduğu, Əsəd tərəfdaşı olan Xristian Azad Vətən Hərəkatı (FPM) Məbsut Əsəd əleyhinə olduğu üçün 18 ay sonra vaxtından əvvəl təxliyə edilməsi məsələsində Haririnin Sünni Gələcək Hərəkətını günahlandırır.

Aunun tərəfdaşı olan bir sabiq parlament üzvü sosial mediada saxta şəkil paylaşıb. Şəkildə saqqalı Məbsut, sünni Tripoli siyasətçisi olan Əşrəf Rifinin yanında dayanmışdı. Aun tərəfdaşları Rifini tez-tez Haririnin partiyasına çox yaxın olmaqda günahlandırırdı.

Rifi irəli sürüb ki, saxta şəkil üçün ilham verən livanlı, xristian Xarici İşlər naziri Cibran Basil olub. Basil isə - əlbəttə ki, təsadüfən - Aunun kürəkənidir.

Beləliklə, Məbsutun hücumu məzhəblər arasında fikir ayrılığı yaradıb. Bununla da, İŞİD komandirləri 2014-cü ildə dəstəkçilərinə İraq-Suriya “xilafəti”ndən başqa digər ölkələrdə hücumlar keçirməsi üçün ilk dəfə hədəf və prinsiplər qoyublar. Bunun üçün də Livandan daha uyğun bir yer yoxdur. Üstəlik, bölünmələr bununla da bitmir.

Livan həbsxanalarının, xüsusilə də, bütün dinlərdən olan məhbusların dar kameralarda məhkəmə və ya təxliyə üçün illərlə gözlədildiyi Rumiyyənin qorxunc vəziyyəti neçə vaxtdır ki, milli problem kimi müzakirə olunur. İndi də bəzi siyasətçilər düşünür ki, Məbsut Rumiyyədə keçirdiyi 18 ayın intiqamını almaq üçün qətliam törədib və buna görə də, həbsxanadakı digər islamçılar azadlığa buraxılmalı və qısa müddət ərzində ifratçılıqlarını "müalicə" etmək üçün psixoloji dəstək almalıdırlar.

Bir bu qədər insan isə 10 il əvvəl Şimali Livanda dövlətə qarşı qanlı bir çevrilişə cəhd etmiş islamçıların ömürlük həbs edilməsini istəyir.

Beləliklə, Məbsutun 3 saatlıq cinayət törətməsi və çox sayda insanı yaralaması kiçik bir ərazidə bölünmələrə yol açıb. Bu məzhəb şübhəsi və soyuq nifrət barədə danışmaq mənim üçün xeyli çətindir. Lakin xatırladım ki, bütün bu hadisələrin fonunda gözəl şeylər də baş verir. Elə keçən həftə Tripolidə 48 kilometr uzaqlıqda bir sünni ilə xristian Maruninin toyunda iştirak etdim.

Əlbəttə ki, dayısının “insanların həyatını xilas edə bildiyi müddətcə onun haralı olduğuna heç kim fikir verməz” dediyi “Livan qəhrəmanı”nı bir ümid də verir. Məncə, Sabir Murada bir Livan pasportu verilməlidir.

Yazını yatağında yarı uzanmış halda, gözəl Avstraliya aksenti ilə mənimlə sağollaşan bu adamla bitirməliyəm: “Cheerio, dostum!”

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar