Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minsk qrupunun həmsədrləri Vaşinqton görüşü haqda birgə bəyanat yaydılar

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də bu görüşlərdə iştirak edib

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) iyunun 20-də Vaşinqtonda AzərbaycanErmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə keçirdikləri görüşlə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda həmsədrlərin nazirlərlə əvvəlcə ayrılıqda, sonra isə birgə görüşdükləri bildirilir.

Qeyd olunur ki, onlar ABŞ Dövlət katibinin Avropanın və Avrasiya məsələləri üzrə köməkçi səlahiyyətlərinin icraçısı Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların statusu və bölgədəki hazırkı vəziyyət barədə məlumatlandırıblar.

Bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də bu görüşlərdə iştirak edib.

“Müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər”, - deyə bəyanatda bildirilir.

Vasitəçilər bəyanatlarında cəbhə zonasında insan itkisi ilə bağlı baş verən hadisələrdən təəssüfləndiklərini bildirərək, tərəfləri təkidlə sülhə uyğun əlverişli mühitin bərpasından ötrü əsaslı danışıqlar üçün təcili tədbirlər görməyə çağırıblar.

Həmsədrlər ilə söhbət zamanı XİN rəhbərləri gərginliyin azaldılması üçün mövcud birbaşa əlaqələrdən tam şəkildə yararlanmağın vacibliyini qeyd ediblər.

Qeyd edək ki, həmsədrlərin himayəsi altında xarici işlər nazirləri yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar