Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM-də psixoloji xidmət fəaliyyətə başlayıb

Dövlət İmtahan Mərkəzində (DİM) psixoloji xidmət fəaliyyətə başlayıb

Mərkəzdən verilən məlumata görə, bunun üçün 1653 çağrı mərkəzinə zəng vurub 2 düyməsini seçməklə psixoloqlarla əlaqə yaratmaq olar.

İmtahanlar bir çox şəxs üçün stress və gərginliklə müşayiət olunur: "Çox vaxt sosial çevrənin təzyiqi altında imtahanların mənası təhrif olunur və gənclər və yeniyetmələr yanlış olaraq imtahanlara özlərinin bir şəxs kimi dəyərinin müəyyən olunması vasitəsi kimi baxırlar. Bu cür yanaşma imtahanlardan əvvəl lazımsız dərəcədə psixoloji gərginliyə, imtahan zamanı təlaşa, imtahandan sonra isə məyusluğa səbəb olur.

Bu tip hallarda düşüncələrin düzgün idarə edilməsi və sosial çevrə ilə münasibətlərin tənzimlənməsi imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə və alınan nəticələrdən düzgün nəticələr çıxarılmasına töhfə verə bilər.

Dövlət İmtahan Mərkəzində (DİM) psixoloji xidmət fəaliyyətə başlayıb.Yuxarıda qeyd olunanları nəzərə alaraq imtahan verənlərə dəstək vermək məqsədilə yeni layihəyə start verib. Layihə çərçivəsində psixoloji maarifləndirmə və dəstək xidməti verilir. İmtahanlarda iştirak edənlər imtahanlardan əvvəl, hazırlıq prosesində və imtahanlardan sonra 1653 qaynar xəttə zəng vuraraq 2 düyməsini basmaqla psixoloqlarla əlaqə yaradıb onlarla psixoloji xarakterli söhbətlər edə, öz qayğılarını paylaşa, eləcə də stressin və kənar təzyiqlərin idarə olunması, məqsədlərin aydınlaşdırılması və digər mövzularda məsləhətlər ala bilərlər".

Xidmət həftə içi hər gün (bayram günləri istisna olmaqla) saat 09:30-dan 17:30-a qədər fəaliyyət göstərir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Ən çox oxunanalar