Çərşənbə, 24 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

İnsan alveri ilə bağlı “ən bərbad ölkələr”in siyahısı açıqlanıb

İnsan alveri ilə bağlı hesabatı müzakirə edilib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Donald Trampın qızı İvanka Tramp 2019-cu ildə ölkələr üzrə insan alveri ilə bağlı hesabatı müzakirə ediblər.

APA “CNN”-ə istinadən xəbər verir ki, hesabatda insan haqları pozuntularına görə, ölklərin sıralanmasında Rusiya, Çin, Venesuela, İran, Şimali Koreya, Suriya, Cənubi Sudan, Konqo Respublikası və Myanma Respublikasının adları yer alıb.

M.Pompeo insan haqlarının daha çox pozulduğu ölkələrdən danışarkən Kuba ilə yanaşı, Səudiyyə Ərəbistanının da adını hallandırıb. Bu ölkələrdə insan haqlarının qabarıq şəkildə pozulduğu müşahidə edildiyindən müvafiq məhdudiyyətlərin edilməsinin zəruriliyi vurğulanıb.

Hesabatda Səudiyyə hökuməti tərəfindən uşaqları silahlandırmağa məcbur edilən hərbi qruplaşmaların maliyyələşdirilməsi əks edilib. Belə ki, beynəlxalq təşkilatların raportuna və mətbuatda dərc edilmiş məlumatlara əsasən hazırlanmış hesabatda Səudiyyə Ərəbistanı hökuməti Yəmən müharibəsində 14-17 yaşlarında olan sudanlı uşaqlardan istifadə edən hərbi qruplaşmalara maliyyə və silah yardımı etdiyi açıqlanıb.

Eyni zamanda Liviya, Somali və Yəməndəki vəziyyət “xüsusi hal” kimi dəyərləndirilərək bu ölkələrdə humanitar böhranın yaşandığı diqqətə çatdırılıb.

Pompeo əlavə edib ki, Yer üzündəki insanların 25 milyonu insan alveri ilə üzləşib və bu, beynəlxalq problemə çevirilib

pia.az


Şərh yazın.

loading...