Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacaq, şimşək çaxacaq

Açılış mərasimi vaxtı fırtına olacağı gözlənilir

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacağı gözlənilir.

Şəhərdə yüksək temperaturu bu gündən etibarən şimşək çaxması və güclü yağış əvəzləyib.

Təşkilatçılar isə sabah “Dinamo Arena”da keçiriləcək açılış mərasimi vaxtı pis havanın yan keçəcəyinə ümid edir. “Minsk-2019”un icraçı direktoru Saymon Kleq bu barədə danışıb:

“Hava bizim nəzarətimizdən kənardır. Sabah üçün günortadan sonra yağışın olacağı gözlənilir. Avropa Oyunlarının Minsk Təşkilat Komitəsi (MEGOC) bu problemin həlli üçün mümkün tədbirlər görməyə çalışır”.

Azarkeşlərə mümkün fırtına barədə xəbərdarlıq edilsə də, onlara çətirlə stadiona daxil olmağa icazə verilməyəcək.

Yeri gəlmişkən, meydan sahiblərinin bayraqdarı altı dəfə Olimpiya Oyunlarının iştirakçısı olmuş stolüstü tennis üzrə idmançı Vladimir Samsonov olacaq. Bakıda keçirilmiş I Avropa Oyunlarında qızıl medal qazanmış güləşçi Vasilisa Marzalyuk isə bütün idmançılar adından andiçmədə iştirak edəcək.

Qeyd edək ki, sabah Avropa Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 82 idmançı ilə qatılacaq milli komandamızın bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq.(Oxu.Az )

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar