Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hava çirklənməsindən 7 milyondan çox insan dünyasını dəyişir

“Azərkosmos” 17 iyun 2019-cu il tarixində Fransa Respublikasının Le Burje kommunasında hər iki ildən bir keçirilən və dünyanın ən mötəbər tədbirlərindən biri olan 53-cü Beynəlxalq Paris Aviasiya Şousunda iştirak edib

“Azərkosmos”dan verilən məlumata görə, tədbir çərçivəsində Fransa “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES) təşəbbüsü ilə yaradılan “Kosmik İqlim Rəsədxanası” (SCO) üçün birgə bəyannaməni imzalamaqla adıçəkilən təşəbbüsə qoşulub. Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutan tədbir zamanı bəyannaməni BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadə üzrə Komitəsi, Avropa Kosmik Agenliyi, Avstriya, Braziliya, Çin, İngiltərə, İsrail, Hindistan və sair ölkələrin kosmik agentlikləri də daxil olmaqla ümumilikdə 21 tərəf imzalayıb.

2017-ci ildə yaradılan “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün məqsədi dünya ölkələrinin kosmik agentliklərini hazırda bəşəriyyət üçün vacib olan iqlim dəyişiklikləri təhlükəsinə qarşı səmərəli və proqressiv cavab tədbirlərinə yönəltməkdir. “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün əsas fəaliyyət sahəsinə iqlim dəyişikliyinin ekoloji böhranlara səbəb olan təsirlərini modelləşdirmək, bu təsirləri izləmək üçün peyk resurslarını elmi tədqiqatlarla birləşdirmək, iqlim dəyişikliyinin ortaya çıxardığı problemləri müasir texnologiyaların köməyi ilə həll etmək, bu işdə xüsusilə süni intellekt həllərinin tətbiqini genişləndirmək daxildir.

Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insanın dünyasını dəyişdiyini nəzərə alsaq, bu təşəbbüs insanlığın gələcəyi üçün atılmış mühüm bir addımdır.

“Azərkosmos” da “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün iştirakçısı olmaqla ətraf mühitin qorumnasına dair fəaliyyətlərə dəstəyini daha da gücləndirəcək. Eləcə də, peyk məlumatları ilə iqlim dəyişikliyinin ətraf mühitə və insanlara təsirlərinin müəyyənləşdirilməsinə və konkret həll üsullarının təklif olunmasına öz töhfəsini verəcək

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar