Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minimum əmək haqqına görə kimdən öndə, kimdən geridəyik?

2019-cu ildə minimum əmək haqqının artıq ikinci dəfə artırılması şübhəsiz ki, kifayət qədər ciddi sosial və iqtisadi hadisədir

Bu göstəricinin ötənilki 130 manatdan əvvəlcə 180, sonra isə 250 manata, yəni təqribən 147 dollara qaldırılması üst-üstə az qala 100 faizlik artım deməkdir ki, bu da istənilən ölkə üçün olduqca böyük və ciddi irəliləyiş sayıla bilər.

Əslində, bu artım Azərbaycanın iqtisadi potensialının və imkanlarının kifayət qədər yüksək olduğuna və bu potensialın sosial rifaha yönləndirilməsinin vaxtının da çoxdan çatdığına işarədir. Təbii ki, sözügedən qərar böyük sayda büdcədən maliyyələşən təşkilatlarda çalışanların gəlirlərinə birbaşa müsbət təsir etmiş olacaq. Ardınca minimal pensiyaların da artırılacağını nəzərə alsaq, ölkə başçısının təqdim etdiyi son sosial paketin böyüklüyünü və əhəmiyyətini qiymətləndirməmək mümkün deyil.

Bu artımlar Azərbaycanın sosial sahədə dünya reytinqlərindəki yerinə də ciddi şəkildə təsir edib.

“AzPolitika.info” araşdırıb ki, sözügedən qərardan sonra ölkəmiz dünya ölkələri arasında minimum əmək haqqının səviyyəsinə görə, təqribən 15-16 pillə irəliləmiş olub və Pakistan, İndoneziya, Vyetnam və Meksika kimi kifayət qədər böyük iqtisadiyyata malik ölkələri keçib. MDB məkanında isə bu göstəriciyə görə artıq Qazaxıstanı və Ermənistanı üstələyərək, Rusiyanın göstəricisinə (171 ABŞ dolları) yaxınlaşmışıq. Belə ki, Qazaxıstanda və Ermənistanda minimum əmək haqqı təxminən eynidir – 115 dollar. Azərbaycanda indiyə qədər bu göstəricinin xüsusilə də Ermənistandan aşağı olması təbii ki, böyük təbii sərvərtlərə və dəfələrlə güclü, potensiallı iqtisadiyyata malik olan ölkəmizə qətiyyən yaraşmırdı.

Eyni zamanda, minimum əmək haqqı səviyyəsinə görə, Belarus və Ukrayna ilə də demək olar ki, bərabərləşmişik. Belə ki, hazırda bu ölkələrlə aramızdakı fərq bir neçə dollardır. MDB üzrə ən yüksək minimum əmək haqqı göstəricisi rəsmi statistikaya görə Türkmənistanda (204 ABŞ dolları) olsa da, bu rəqəm yumşaq desək, reallığı əks etdirmir. Belə ki, Türkmənistanda həmin göstərici 790 türkmən manatıdır ki, bu da rəsmi kursla 204 ABŞ dolları edir. Lakin türkmən manatının “qara bazardakı” kursu, yəni daha real məzənnəsi rəsmi kursdan 5 dəfə (!) ucuzdur. Bunu nəzərə alsaq, həmin 790 manat 204 deyil, təqribən 40-45 dollar təşkil edir.

Qonşu Gürcüstanda isə orta aylıq əmək haqqı kifayət qədər yüksək (370 ABŞ dolları) olsa da, minimum əmək haqqı 53 dollardır ki, bu da yaşayış minimumundan (71 dollar) da aşağıdır. MDB üzrə ən aşağı göstəricilər isə Orta Asiya respublikalarına aiddir və bu sahədə anti-rekord 25 dollar olmaqla, Qırğızıstana məxsusdur. Bu göstərici ölkədəki yaşayış minimumundan 4 dəfə aşağıdır. Onu da qeyd edək ki, Ermənistanda da minimum əmək haqqı 115 dollar olmaqla, yaşayış minimumundan 15 dollar azdır. Azərbaycanda isə son qərarla ən aşağı maaş yaşayış minimumunu (105 dollar) təxminən 40 dollar üstələyir. Ümumiyyətlə, bu artımdan sonra Azərbaycan MDB ölkələri arasında ilk dördlüyə daxil ola bilib.

Bütün bunlarla yanaşı, qısa müddətdə minimum əmək haqqındakı bu artımın inflyasiya və devalvasiya kimi fəsadlar yaradacağına dair mülahizələr irəli sürülür. Ancaq bunun daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə və ümumilikdə biznes mühitinin xərclərinə təsir edəcəyi gözlənilir. Belə ki, minimum əmək haqqının artırılması onların işçilərinin və özlərinin sosial ayırmalarını 40 faizədək artıracaq. Bu, həm də sosial yığımların çoxalması deməkdir. Nəzərə alsaq ki, təkcə bu ilin ilk aylarında əmək müqavilələrinin sayı 100 minədək artıb, bu zaman sosial ödənişlərin artım səviyyəsini də təsəvvür etmək çətin olmaz. Yəni ki, hökumət bu sosial paketə çəkdiyi xərcin müəyyən bir qismini yenidən DSMF vasitəsilə cəlb edə biləcək.

Lakin bu addımın xüsusilə də devalvasiyaya səbəb olacağına dair söylənilənlər reallıqdan uzaqdır. Çünki devalvasiyanı şərtləndirən əsas indikatorlar başqadır və bu sahədə ciddi təhlükə görünmür.

İnflyasiyaya gəldikdə isə, doğrudan da qiymət artımı müəyyən dərəcədə hiss oluna bilər. Ancaq bunun da baş verməməsi üçün hökumət tərəfindən lazımi tədbirlər görülə bilər və görülməlidir. Çünki kifayət qədər böyük əhəmiyyətə malik olan və büdcəyə 100 milyonlarla dollara başa gələn bu sosial paketi qiymət artımına “qurban vermək” ən uğursuz nəticə olardı…

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar