Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yanvarın 1-dən indeksiya ilə bütün pensiyalar 15 faiz artacaq” – Nazir

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 1 ildən artıq müddətdə ölkədə silsilə sosial islahatlar həyata keçirilir

“Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir, 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir. Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksiya ilə bütün pensiyaçılarımızı pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək. Qərar ümumi orta aylıq əmək haqqı artımı təsdiq olunandan sonra verilir. Lakin yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə, fevralın sonunda hər 2 ayın ödənişini birgə alırlar”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 1 ildən artıq müddətdə ölkədə silsilə sosial islahatlar həyata keçirilir:

Prezidentin siyasətinin ana xəttində Azərbaycan vətəndaşının rifahı durur və görülən bütün işlər məhz bu sahəyə istiqamətlənir. İlin əvvəlində sosial paketlərin birinci mərhələsi təsdiq olundu və birinci mərhələ çərçivəsində 3 milyondan çox vətəndaşımızın həyatına birbaşa təsir edən qərarlar qəbul edildi. Minimum əmək haqqı, minimum pensiya, sosial müavinətlər, təqaüdlər və başqa ödənişlər artırıldı. Dövlət başçısı bu artımları tətbiq edərkən növbəti islahatın anonsunu verdi. Artıq Prezident sosial islahatların ikinci paketini imzaladı. Bu paket çox əhatəlidir, geniş bir spektri əhatə edir. Burada minimum əmək haqqı təkrar 40 faiz artırılır. Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumundan ciddi şəkildə artırılaraq təsbit edildi. Azərbaycanda yaşayış minimumunun 250 manat təsbit edilməsi birbaşa onun göstəricisidir ki, Azərbaycan sosial dövlət istiqamətində əmin addımlarla irəliləyir. 1 milyon 350 min insanın əmək haqqının artması, heç də o demək deyil ki, onlar 250 manatdan aşağı əmək haqqı alırdılar. Minimum əmək haqqının 250 manat təsbit edilməsi ilə bağlı dövlət idarəetmə sistemində, eyni zamanda özəl şirkətlərdə də müəyyən maaş cədvəli, maaş pillələri olacaq. Alt pillə artdığı anda, yuxarı pillələr mərhələlərlə artmalı olur. Ona görə də, ümumilikdə 1 milyon 350 min insanın əhatə edilməsi muzdla işləyən insanların 80 faizinin bu islahat çərçivəsində əhatə olunması deməkdir”.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar