Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Münaqişələr bölgədə əməkdaşlıq imkanlarını məhdudlaşdırır”

“26 il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əminamanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürülməsi və həyata keçirilməsi baxımndan çox böyük potensiala malik olduğunu sübut edib”

Bunu bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)Parlament Məclisinin 53-cü Baş Assambleyasında bildirib.

O. Əsədov deyib ki, QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının n 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var: “Bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərənin dəyişdirilməsində mühüm bir dövr təşkil edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər trans milli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılmasının və eləcədə TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”.

Spiker deyib ki, təəssüf ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır: “Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prisipi əsasnda tezliklə öz həllini tapacaq”.(APA)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar