Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvar əsas problemi: İcra başçısı balıq biznesinə qoşulub və ...

Biləsuvarda son zamanlar torpaqların şoranlaşmasına yol açan süni göllərin yaradılması çoxalıb. Bütün bunların arxasında isə Mahir Quliyevin olduğu bildirilir...

PİA.AZ bildirir ki, Biləsuvar rayonundan AzFakt.com-a daxil olan məlumata görə rayon icra başçısı Mahir Quliyev balıq biznesini inkişaf etdirir.

Məlumatda rayonun Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq göllərinin yaradıldığı deyilir. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz göllərin sahiblərinin isə heç bir dövlət qurumunu tanımadığı qeyd olunur. Çünki bu gölləri yaradanlar rayon icra başçısı Mahir Quliyevi də özlərinə şərik ediblər və heç bir şey yoğurmadan "hazırca kökə tapan" icra başçısı bu qeyri qanuni biznesin rayonda geniş yayılması üçün hər şeyi etməkdədir.

Qeyd edək ki, süni gölməşələr adətən ətraf əkin sahələrində şoranlaşma yaradır. Eyni zamanda süni gölməçələrin davamlı olaraq su ilə təmin olunmasına ehtiyac olduğuna görə yay aylarında su qıtlığının yaranmasına yol açır. Biləsuvardan gələn şikayətlər də məhz bununla bağlıdır. Pambıq və digər əkin əkənlər, xüsusən kasıb kəndlilər hazırda sudan ciddi qıtlıq çəkirlər.

Saytımıza daxil olan məlumatda bildirilir ki, Biləsuvardakı süni gölməçələrin böyük əksəriyyəti Mahir Quliyevə yaxın olan hakimiyyətdə yüksək vəzifə tutan məmurlardan birinindir və Mahir Quliyev bu məmurla balıq biznesində şərikdir.

Qeyd edək ki, rayon rəhbərliyinin ilin bütün fəsillərində fəaliyyətdə olan süni göllərin yaxın ərazilərdəki əkin sahələrini şoranlaşdırılmasına göz yumması da bu iddianı təsdiqləməkdədir. Süni göllərin yaxınlığında torpaq sahəsi olan vətəndaşların çoxlu sayda Prezident Adminstrasiyasına ünvanladıqları müraciətlərə baxmayaraq aidiyyatı qurumlar nədənsə susmağa üstünlük verirlər. Yəni bu göllərin sahibləri adi vətəndaşlar olsaydı, çoxdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Komitəsi və digər aidiyyatı qurumlar lazımı tədbirlər görməyə başlamışdılar.

Rayon sakinləri iddia edirlər ki, bir müddət bundan əvvəl, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rayon rəhbərliyinə qanunsuz balıq yetişdirmə göllərinin ləğv edilməsi barədə məktub göndərsədə bu tapşırığa əməl olunmayıb. Gözə kül üfürmək üçün bir- iki nəfər haqqında məhkəmədə qanunsuz göllərin ləğv edilməsi haqqında qərar cıxarılıb. Və məsələ bununla da bitib.

Maraqlıdır ki, sözü gedən kənd sakinləri bildirdilər ki, Biləsuvarda son zamanlar süni göllərin yaradılması daha da çoxalıb. Bütün bunların arxasında isə Mahir Quliyevin olduğu bildirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar