Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir məhbusun kral həyatı, digər məhbusun ölüsünə belə qadağa...

Raniya əl-Malki

“Middle Eas Eye”, 18.06.2019

Misirin müasir tarixində demokratik yolla seçilmiş yeganə prezident olan Məhəmməd Mursinin dramatik şəkildə ölümü əsla təəccüb doğmayıb.

Daha kinayəli vaxtı təsəvvür etmək çətindir: iki həftə sonra onun devrilməsinin və həbsinin 6 ili tamam olacaqdı.

Yeganə gözlənilməzlik Mursinin bu qədər acınacaqlı şəraitdə hələ də yaşaması idi.

Az tanınan adam

2010-ci ilə qədər Mursi Misirin Zaqaziq Universitetində mühəndislik professoru idi. 1982-ci ildə o, Cənubi Kaliforniya Universitetində doktorluq diplomu almış və eyni ildə Kaliforniya Dövlət Universitetinin dosenti təyin edilmişdi.

1985-ci ildə Mursi Misirə qayıdıb. 2000-2005-ci illərdə parlamentin üzvü olub. “Müsəlman Qardaşlar”ın (MQ) bütün üzvləri kimi, o, müstəqil namizəd sayılırdı, çünki qrup 2011-ci ilin yanvarında xalq Hüsnü Mübarəkin 30 illik hakimiyyətini devirənədək rəsməm qadağa olunmuşdu.

2012-ci ilin prezident seçkisinə qədər Mursi MQ-nin sosial-mühafizəkar, siyasi baxımdan isə mütərəqqi qanadı olan Azadlıq və Ədalət Partiyasının (AƏP) az tanınan üzvü idi.

Hakimiyyətə gəlməklə AƏP hərbi rəhbərliyin hədəfinə düşüb və onlar silahlarını Mursiyə tuşlayıb.

Saxta ittihamlar

2013-cü ilin iyul ayının əvvəlində KİV, məhkəmə və kəşfiyyat xidmətlərini səfərbər etməklə, Misirin mövcud prezidenti Əbdülfəttah Sisi onu təyin edən adama qarşı çevriliş həyata keçirib.

“Human Rayts Uotç”un 2017-ci il hesabatına görə, Mursi həbs olunduqdan sonra 23 gün ona qarşı ittiham irəli sürülməyib.

Sabiq prezident Qətər və “HƏMAS” üçün casusluq, həmçinin iki gün sonra qanunsuz olaraq saxlanılmasının ardınca 2011-ci ilin qiyamı zamanı həbsxanadan qaçmaqda suçlanıb.

Mursi həbsindən dörd ay sonra ilk dəfə məhkəmə qarşısına çıxıb. Onun vəkili ilə təmasına icazə verilməyib. 3 il təkadamlıq kamerada saxlanılıb, xarici dünyadan tamamilə tədric olunub.

4 ildə Mursi ailəsini yalnız iki dəfə, 2013-cü ilin noyabrında və 2017-ci ildə görə bilib. Arvadı və qızı ilə təmas 30 dəqiqə çəkib. Onun dörd oğlu və digər qohumlarının ziyarətinə qadağa qoyulub.

(Misirdə təxminən 60 min siyasi məhbus var).

Qaraciyər xəstəliyindən əziyyət çəkən Mursinin sağlamlığına qəsdən zərər vurulub. Halbuki 8 iyun 2017-ci ildə Mursinin müdafiə qrupu onun xəstəxanaya keçirilməsini tələb edərək Baş Prokurorluğa şikayət edib.

İnqilabın epiloqu

İslamçılara əleyhdarlıq hər zaman məntiqə zidd olacaq. Eyni zamanda, Mursi və AƏP-də heç bir günah görməyənlər var.

Hüsnü Mübarək vaxtının əksəriyyətini hərbi bir xəstəxanada keçirərək, ailəsi ilə əhatə olunan kral müalicəsi alıb. O, 2017-ci ildə azad edilərək bütün ittihamlardan “təmizlənib”.

Mübarək bu gün vəfat edərsə, ehtimal ki, onun üçün dövlət mərasimi təşkil olunacaq.

Əksinə, vətəndaş haqlarından ömürlük məhrum olmuş Mursi təkadamlıq yataqda yerə yatmağa məcbur edilib və adekvat tibbi xidmətdən məhrum idi.

Mursi üçün rəsmi dəfn mərasimi təşkil edilməyib. Ölüm səbəbi belə araşdırılmayıb.

Ailəsinin onu doğulduğu kənddə dəfn etmək tələbi rədd olunub və yalnız uşaqlarına dəfndə iştirak etmək icazəsi verilib. Arvadına isə qadağa qoyulub.

Mursinin ölümü Misir inqilabının epiloqu, amputasiya edilmiş bir xəyalın tabutuna vurulan son mismar kimi görünə bilər.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar