Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məhəmməd Mursi öldürülüb!” – “20 dəqiqə döşəmədə çırpınıb…”

Rəcəb Tayyib Ərdoğan sərt açıqlama verib

“Misirin keçmiş prezidenti Məhəmməd Mursi öz əcəli ilə ölməyib, öldürülüb”. APA-nın “Euronews”a istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

O bildirib ki, Misir rəsmiləri keçmiş prezidentin həyatını xilas etmək üçün heç bir tədbir görməyiblər: “Məhəmməd Mursi 20 dəqiqə döşəmədə çırpınıb. Bununla bağlı prosesi izləyəcəyik. Beynəlxalq məhkəmələrdə Misirin cavab verməsi üçün əlimizdən gələni edəcəyik. İslam Əməkdaşlığı Təşkilatı bu işlə məşğul olmalıdır”.

Qeyd edək ki, Məhəmməd Mursi İslam dəyərlərini müdafiə etdiyi, imperalizmə qarşı olduğu üçün ABŞ-ın birbaşa iştirakı ilə devrildi, yaxın ətrafı və tərəfdarları qətlə yetirildi. Qiyamla hakimiyyətə gələn Sisi və ətrafı uzun müddət çalışsa da, Mursinin iradəsini sındıra bilmədilər. Görünür buna görə, onun həyatını xilas etməyiblər, məhkəmə zalında şəhid olmasına göz yumulub.

ADP sədri Sərdar Cəlaloğlu da “Yeni Müsavat”a açıqlamasında Mursini birmənalı şəhid adlandırıb: “Şəhidlik təkcə əlinə silah götürüb müharibəyə getmək deyil. Bu həm də haqq, ədalət, özünün, cəmiyyətin, dövlətin hüquqları uğrunda vuruşub həyatını itirməkdir. Mursi hərbi hakimiyyətə qarşı mübarizə aparıb demokratik yolla hakimiyyətə gəlmişdi. Sonradan hərbi, qeyri-qanuni yolla hakimiyyətdən devrildi və hərbi xunta Misirdə yenidən iqtidara gəldi. Hakimiyyətə gələn xunta da Mursinin tərəfdarlarını, yəni xalq tərəfindən mandat alaraq idarəçilikdə təmsil olunanları kütləvi şəkildə edam etməyə başladılar. Təxminən 10 minə yaxın adam edam edildi. Mursinin özünə qarşı da beynəlxalq qanunlara zidd olan davranış nümayiş etdirdilər. Dünyanın heç bir yerində hətta çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılan bir şəxsə qarşı bu cür davranış nümayiş etdirilməyib. Mursinin uzun müddət həbsdə təzyiq altında saxlanılması, ailəsinə təzyiqlərin edilməsi sonunda gətirib o yerə çıxardı ki, bu adam məhkəmə zalında öz həyatını dəyişdi. Mursi həqiqətən də İslam dininin baxışlarına görə şəhiddir.

O, haqq, ədalət uğrunda mübarizə apararaq, həyatını itirdi. Mursi Misirdə İslam dininin qanunlarını bərqərar etmək istiqamətində müəyyən ideyaları həyata keçirmək istəyirdi. Bu istiqamətdə də konkret addımlar atırdı. Allah yolunda bu işləri gördüyü üçün Allah yolunda ölənlərin hər biri kimi o da şəhiddir. Burada məsələnin başqa tərəfinə də diqqət ayırmaq lazımdır. Dünya elə bir vəziyyətini yaşayır ki, xalqın iradəsi ilə hakimiyyətə gəlmiş bir şəxsə qarşı bu cür qeyri-qanunu rəftar qarşısında susdular. Bu da sonunda Mursinin ölümü ilə nəticələndi. Əksinə, bu gün onun ölümünün səbəbkarı Amerika və digər özlərini demokratik adlandıran Avropa ölkələrinin rəhbərləridir. Onlar Mursi və tərəfdarlarına qarşı aparılan repressiya hərəkətlərinə səslərini çıxarmadılar. Misirdəki yeni hakimiyyətin yürütdüyü siyasət Amerika və digər Avropa ölkələrinin maraqlarına uyğundur. Əsas bu səbəbdən Mursiyə qarşı olanlara, onun başına gətirilənlərə göz yumuldu. Bu da Qərbin demokratik dəyərlərinin iflasa uğradığının, bu ənənələrdən uzaqlaşdığının bariz nümunəsidir. Dünya tarixində, xüsusilə son 100 ildə Mursinin taleyini yaşayan ikinci bir şəxs yoxdur. Düzdür, Gürcüstan prezidenti Qamsaxurdiya öldürüldü, bunabənzər bir neçə hadisə baş verib. Amma bunların hər birinə dünyadan kəskin reaksiyalar gəldi. Adicə bir jurnalistin belə hüquqlarının pozulmasına reaksiya sərgiləyən Amerika və digər ölkələr demokratik yolla hakimiyyətə gəlmiş və sonradan qeyri-insanı rəftarla, yollarla devrilən Mursi ilə bağlı bir dəfə belə səslərini çıxarmadılar. Bu da onu göstərir ki, bəzi anlarda Qərb üçün siyasi maraqlar müdafiə etdikləri dəyərlərdən üstündür. Bu vəziyyət dəyişməsə, dünya çox acınacaqlı bir gələcəyə doğru gedir”.

S.Cəlaloğlu hesab edir ki, diktaturadan demokratiyaya birbaşa keçid yoxdur və bu keçid ağrılıdır: “Əksinə baxanda Misir kimi bir ölkədə Mursi keçmiş hakimiyyətə qarşı radikal dəyişikliklər həyata keçirmədi. Ən azından cəmiyyət yeni dəyərlərə uyğunlaşma dövrü keçməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dini kəsimin daha çox dəstəyi ilə hakimiyyətə gəlib. Diqqətlə baxdıqda görürük ki, o, zərgər dəqiqliyi ilə İslam dəyərlərinin oturuşması baxımından bir siyasət yürüdür. Zaman-zaman bu onun özünə qarşı bəzən çevrilir. FETÖ qiyamı baş tutsaydı, Mursinin taleyi Ərdoğanı da gözləyirdi. İslam dünyasında beynəlxalq imperializmə qarşı mübarizə aparan liderlərin taleyi çox vaxt eyni olur. Sual oluna bilər ki, Ərdoğanla Mursinin fərqi nədir ki, Türkiyə rəhbəri uzun illərdir hakimiyyətdədir və dünyanın öndə gedən liderlərindəndir, amma nə üçün Mursi bunu bacarmadı? Düşünürəm ki, Mursi sürətli və fundamental dəyişikliklər həyata keçirməməli idi. Onun səhvi onda idi ki, ancaq ”Müsəlman Qardaşları”ndan hakimiyyət qurdu, İslami dəyərləri birmənalı şəkildə təbliğ etməyə başladı. Bu cür radikal yanaşmalar olmazdı. Amma Ərdoğan bunları etmir. O qədər yumşaq addımlar atır ki, cəmiyyət uyğunlaşmağa başlayır. Bu da ona qarşı ictimai müqavimətin formalaşmasına imkan vermir.

Amma Mursi bütün cəmiyyətə total nəzarət əldə edə bilməmişdi, cəmiyyəti təşkil edən bütün siyasi qüvvələrin dəstəyini əldə etməmişdi, özünün ideologiyasını dövlət siyasətinə gətirmişdi ki, bu da çox yanlış idi. Mursi devrilməmişdən qabaq bu cür müsahibələr çox vermişəm. Hər bir müsahibədə onun atdığı addımların səhv olduğunu demişəm. Bunun acı fəsadlarının ola biləcəyini də vurğulamışdım. Çox təəssüflər olsun ki, dediklərim bir müddətdən sonra özünü doğrultdu. Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında xarici faktor bir nömrəli rol oynadı ki, onun hakimiyyətə gəlməsində də o faktorların rolu olmuşdu. O zaman ordu bitərəf qaldı, nəticədə Hüsnü Mübarək məğlub oldu. Ordu da Amerika tərəfindən idarə olunurdu. Mursi bir şeyi unutmuşdu ki, həmin ordu hələ də ABŞ-ın nəzarətindədir. Ərdoğan bunu etmədi. İlk növbədə, Türkiyə ordusunun Amerikadan asılılığını sıfıra endirdi, ordunun müstəqilliyinə də son qoydu. Mursi bunları etmədi və nəticədə müdafiə naziri tərəfindən devrildi. Bir faktı unutmaq olmaz ki, demokratik yolla hakimiyyətə gəlmək hər şey demək deyil. Dəyişikliklər tədrici getməlidir. Radikallıq hər zaman məğlubiyyətə gətirib çıxarır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar