Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər

Türkiyə dövlət başçısı bu barədə danışıb

Türkiyənin məşhur müğənnisi Ahmet Kayanın cənazəsi Fransadan Türkiyəyə gətirilərək dəfn edilə bilər.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kral FM”də canlı yayımda bildirib.

R. T. Ərdoğan deyib ki, əgər ailəsi istərsə, bunu üçün müvafiq addımları atarlar. Türkiyə Prezidenti ölkədə hər hansı partiyanın seçicisinə həqarətlə yanaşmadığını, tənqidlərinin həmin partiyaların terrorla əlaqəli rəhbərliyinə yönəlik olduğunu vurğulayıb.

Qeyd edək ki, Ə. Kaya 28 oktyabr 1957-ci ildə Malatyada anadan olub. Anası türk, atası kürd əsilli olan A. Kaya mahnılarında terroru təbliğdə günahlandırılıb. 10 yanvar 1999-cu ildə Maqazin Qəzetçiləri Dərnəyi tərəfindən ilin ən yaxşı sənətçisi mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində kürd dilində nəğmə yazdığını və həmin mahnını telekanallarda səsləndirmək istədiyini bildirib. Bu, ciddi təpgilərə yol açıb və müğənni oteldən xüsusi mühafizə altında çıxarılıb. A. Kaya16 noyabr 2000-ci ildə Parisdə evində ürək tutmasından vəfat edib, 17 noyabrda Parisdə dəfn olunub.(APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar