Büdcədə 427 milyon manatlıq kəsir var
Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 999,3 milyon manat, xərcləri isə 9 426,1 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,1% və 24,1% çoxdur.
Son nəticədə büdcədə 426,8 milyon manatlıq kəsir yaranıb.
pia.az