Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni mətbuatında “1 mart hadisələri” ilə bağlı sensasion iddia...

"Həmin gün başqa bir dövlətin xüsusi qurumlarının əməkdaşları Yerevanda olublar"

“1in.am”, Ermənistan, 18 iyun 2019-cu il

Xüsusi İstintaq Xidməti (XİX), deyəsən, bu günlərdə (13 iyun 2019-cu il – tərc.) “Aykakan jamanak” qəzetində nəşr edilən “1 mart hadisələri” ilə bağlı “xaricidilli” sərəncamla əlaqədar yayılan informasiyaya (https://www.armtimes.com/ru/article/163850) indiyədək heç bir reaksiya verməyib.

Qəzetə görə, sərəncamda hakimiyyətin müxalifət və cəmiyyətə qarşı hansı tədbirləri görməli olduğu dəqiq yazılıb.

Nəşr edilən informasiyada qeyd edilib ki, bu sənədin işə əlavə edilib-edilməməsi məlum deyil. Eyni zamanda qeyd edilib ki, başqa bir dövlətin xüsusi qurumlarının əməkdaşları həmin günlərdə Yerevanda olublar və gizli şəkildə hökumətin iclas zalında yerləşdiriliblər.

Nəşr edilmiş bu məlumat elə bir informasiyadır ki, praktiki olaraq, “1 mart işi”ni tamamilə alt-üst etməli idi, çünki söhbət, faktiki olaraq, xarici müdaxilədən gedir. Və burada yalnız istintaqı aparan, yeri gəlmişkən, faktiki, ilk həbsi həyata keçirən və “1 mart hadisələri” zamanı baş verən 10 qətl üzrə ittiham irəli sürən orqan kimi Xüsusi İstintaq Xidmətinin reaksiyası maraqlı deyil.

“1mart işi” üzrə, böyük hesabla, başlıca və ya əsas müttəhim statusunda olan Robert Koçaryanın da nəşr edilmiş informasiya ilə bağlı hansı mövqe tutması maraqlıdır. Onun mövqeyi xüsusilə o nöqteyi-nəzərdən diqqətçəkicidir ki, həm Koçaryan, həm də oğlu bəyan edir ki, ölümlərdən sonra ən çox onlar zərər çəkiblər, çünki bütün günahlar onların ayağına yazılıb və bir çoxları bununla spekulyasiya ediblər.

Beləliklə, “1mart işi” üzrə istənilən, necə deyərlər, əllə tutulası “bağ”, ittihamlardan müdafiə nöqteyi-nəzərdən, Robert Koçaryan üçün mühüm olmalıdır. Və indiyədək rəsmi olaraq nə təsdiq, nə də təkzib edilməyən bu sensasiyalı məlumat, böyük ölçüdə, elə bu qəbildən olmalıdır.

Bununla əlaqədar, Robert Koçaryanın nəşr edilmiş informasiyalar haqqında nə düşündüyü maraqlıdır. Məsələn, o, “0038 saylı əmr” haqqında deyir ki, xəbəri olmayıb. Deyir ki, bu, qeyri-qanuni bir əmr deyildir. Lakin istənilən halda, xəbərinin olmadığını deyir. Onu da deyir ki, 1 mart sabahı Azadlıq meydanında keçirilən xüsusi polis əməliyyatından da xəbəri olmayıb. Hadisələrin faciəvi gedişi də, Yerevanın mərkəzində keçirilən dinc nümayişi fövqəladə vəziyyətə çevirərək, məhz oradan başlayıb.

Xarici xüsusi xidmət əməkdaşlarının Ermənistanda olması haqqında Robert Koçaryanın xəbəri olubmu? Onların hökumətin iclas zalında olmaları haqqında məlumatı olubmu? Yoxsa hökumətdən yalnız Baş nazir Serj Sarkisyanın xəbəri olub? 1 mart günü ikinci prezidentin faktiki “xaricidilli tapşırıq” haqqında məlumatı olubmu? Əgər olmayıbsa, onda bu sənədin və bütövlükdə xarici xüsusi xidmətlərin olması (həmin dövrdə Ermənistanda – tərc.) faktının aydınlaşdırılmasında, təsdiq və ya təkzib edilməsində ən maraqlı şəxs məhz o olmalıdır. Çünki nəzəri olaraq, elə alına bilər ki, Robert Koçaryan da sui-qəsdin qurbanı olub.

Yeri gəlmişkən, 13 iyunda Rusiya səfiri ilə üzbəüz keçirilən, təbii, məzmunu məlum olmayan, görüş (13 iyun 2019-cu ildə, informasiya qəzetdə nəşr edilən gün RF səfiri Sergey Kopırkinlə Robert Koçaryan arasında keçirilən görüş – tərc.) onun bu informasiyaya marağını artırıb, yoxsa azaldıb? (Tərcümə Strateq.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar