Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əgər maaş azdırsa, gərək insan rüşvət alsın?” – Deputat maaşların artırılmasından danışdı

Araz Əlizadə: “Ümumiyyətlə ölkədə korrupsiya olmamalıdır. Ölkədə korrupsiyanın olmasının maaşa aidiyyatı yoxdur”

“Ölkədə korrupsiyanın olmasının maaşa aidiyyatı yoxdur. Əgər maaş azdırsa, gərək insan rüşvət alsın? Bəs nazirlərimiz niyə rüşvət alır?”.

Bu sözləri Milli Məclisin deputatı Araz Əlizadə dövlət qulluqçularının maaşlarının artırılması ilə ölkədə korrupsiyanın azalmasını PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

Həmçinin prezident bir çox sahələr üzrə dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı fərman verib. Belə ki, Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılıb. Bundan başqa imzalanmış sərəncamlarda hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması nəzərdə tutulub.

Qeyd edək ki, daha öncə ölkədə korrupsiyanın varlığı daha çox məmurların az maaş alması ilə əlaqələndirilirdi. Bəs dövlət qulluqçularının maaşlarının 40% artması ölkədə korrupsiyanın azalmasına səbəb olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə müzakirə edib.

Araz Əlizadə: “Maaşlarının kifayət qədər yüksək olmasına baxmayaraq bəzi nazirlərimiz yenə də korrupsiya ilə məşğuldurlar”.

Oğurluq və korrupsiyanın əxlaqdan asılı olduğunu düşünən deputat PİA.az-a açıqlamasında qeyd edib ki, əgər insanda mənlik, tərbiyyə yoxdursa, onun maaşın nə qədər artırsan da, yenə deyəcək azdır:

“Ümumiyyətlə ölkədə korrupsiya olmamalıdır. Ölkədə korrupsiyanın olmasının maaşa aidiyyatı yoxdur. Əgər maaş azdırsa, gərək insan rüşvət alsın? Bəs nazirlərimiz niyə rüşvət alır? Axı nazirlərimizin maaşı çoxdur. Maaşlarının kifayət qədər yüksək olmasına baxmayaraq bəzi nazirlərimiz yenə də korrupsiya ilə məşğuldurlar.

Oğurluq, korrupsiya əxlaqdan asılıdır. Əgər insanda mənlik, tərbiyyə yoxdursa, onun maaşın nə qədər artırsan da, yenə deyəcək azdır. Buna görə də eyni qaydada rüşvət almaqla məşğul olacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar