Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov: "Hər bir zabit Vətənə sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir"

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin məzunları ilə görüşüb

Bu barədə Müdafiə Nazirliyinin (MN) saytı məlumat yayıb.

Bildirilir ki, MN-in rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Məzunlarla görüş ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsillərini müvəffəqiyyətlə başa vuraraq “leytenant” hərbi rütbəsi alan məzunları təbrik edən Müdafiə naziri qeyd edib ki, Azərbaycan Ordusunun hər bir zabiti rəhbərlik etdiyi hərbi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan islahatlar barədə danışan Müdafiə naziri ordu quruculuğunda həyata keçirilən vacib tədbirləri, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb. Nazir həmçinin vurğulayıb ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.

Məzunlara tövsiyələrini çatdıran Müdafiə naziri bu şərəfli yolda onlara uğurlar arzulayaraq bildirib: “Hər bir zabit Azərbaycançılıq ideologiyasına sadiq olmalı, şəxsi heyətə hörmət və qayğı ilə yanaşmalı, kollektivdə sağlam mühit formalaşdırmalıdır. Zabit kimi məsuliyyətli və şərəfli ad qazanmısınız, hər biriniz bu məsuliyyəti yaxşı dərk edib, inamlı xidmət etməlisiniz. Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməli, ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində bilik və bacarığınızı səfərbər etməlisiniz. Azərbaycan iqtisadiyyatının inkişafının, ordumuzun müasir tələblər səviyyəsində qurulmasının, dünya standartlarına uyğun olan silah və texnika ilə təchizatının, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji vəziyyətinin yüksək olması Ali Baş Komandanın qayğısı ilə əhatə olunmasının nəticəsidir. Siz də öz nümunəvi xidmətinizlə Azərbaycan Ordusunun inkişafına töhfənizi verməli, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” şüarını rəhbər tutaraq dövlət və dövlətçiliyimizə xidmət etməlisiniz”.

Xidməti təcrübəsini məzunlarla bölüşən Müdafiə naziri deyib ki, zabit öz davranışı, əxlaqi keyfiyyətləri, nizam-intizamı, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə hər zaman şəxsi nümunə olmalı, ölkə Prezidenti və xalqımız tərəfindən göstərilən yüksək dəyəri daim nümunəvi xidməti ilə doğrultmalı, Vətənimizi və xalqımızı etibarlı şəkildə qorumalıdır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar