Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda devalvasiya qaçınılmaz olacaq” – Natiq Cəfərli

İqtisadçı-ekspert: “Çox güman ki, növbəti statistik göstəricilərdə Cənubi Qafqazda həm Ermənistanı, həm Gürcüstanı bir çox parametrlərə görə arxada qoya biləcəyik”

“Sərəncamı icra etmək üçün ilkin illik hesablamalara görə təqribən 2,5-3 milyard manata yaxın əlavə vəsaitə ehtiyac var”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda maaşların və minimum əmək haqqının artırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

Sərəncəma əsasən Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Həmçinin prezident bir çox sahələr üzrə dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı da fərman verib. bu sərəncamlar dövlət qulluqçuları, hərbi qulluqçular, hüquq-mühafizə orqanı əməkdaşları və digər xüsusi rütbəli şəxslər, müəllimlər, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilər üçün əsl bayram yaşatdı. Bəs bu sərəncamlar real olaraq ölkədə neçə nəfərin cibinə, həyatına təsir edəcək?

Əvvəlcə minimum əməkhaqqından başlayacaq. Ölkədə 350 min nəffəri özəl sektorda çalışmaqla ümumilikdə 600 min nəfər bu vaxta qəddər minimum əməkhaqqı alıb. (Bu ilin əvvəlinə kimi 130 manat, martın 1-dən 180 manat). Sentyabrın 1-dən isə həmin 600 min vətəndaş 250 manat alacaq.

Müəllimlərin əməkhaqqının 20 faiz, digər bir sıra sahələrdə çalışanların maşşının 40 faiz artması isə ilkin məlumatlara görə ümumilikdə 2 milyon vətəndaşı əhatə edəcək.

Qeyd edək ki, 2019-cu ildə ölkə prezidentinin sosial məsələlərlə bağlı bir sıra sərəncamları olub, təqaüdlər vvə pensiyalar artırılıb. Bu sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz töhfəsini verəcək. Lakin maaşların artımı inflyasiyanın böyüməsinə yol açacaqmı?

Həmçinin maaşların və minimum əmək haqqının artırılması neftin qiymətinin 50 dollardan aşağı düşməsi fonunda büdcədə problemlərin yaranmasına və yeni devalvasiyaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Manatın məzənnəsi inzibatı qayda da olsa, artıq 2 manata yaxın və yaxud da 2 manatdan bir az daha yüksək ola bilər”.

Yaxın aylarda neftin qiymətinin enmə ehtimalının çox olduğunu xatırladan iqtisadçı-ekspert bildirib ki, neftin qiymətinin enməsi Azərbaycanda bütün mikoriqtisadi göstəricilərə, o cümlədən gəlirlərə ciddi təsir göstərəcək. Həmçinin neftin qiymətinin enməsi büdcənin parametlərinin, gəlir və xərc hissələrinin yerinə yetirilməsinə mənfi təsir göstərəcək:

“Bu artım insanların sosial vəziyyətini yaşılaşdırmaq üçün irəliyə doğru atılmış bir addımdır. Azərbaycanda minimum əməkhaqqı da və maaşlar da kifayət qədər aşağıdır. Minimum əməkhaqqının və maaşların kifayət qədər aşağı olması Azərbaycanın statistik göstəricilərinə də mənfi təsirin göstərir.

Əvvələr açıqlanan statistikada Azərbaycan MDB məkanında ilk üçlükdə yer alırdı. Amma son açıqlanan statistik göstəricilərdə Azərbaycan bir çox parametrlərə görə MDB məkanında 8-9-cu yerə düşmüşdü.
Minimum əməkhaqqının və maaşların arırılması çoxdan atılmalı olan bir addım idi. Amma bunun mənbəsi lazımdır.

Bildiyimiz kimi dövlət büdcəsi Prezidentin fərmanı ilə təsdiqlənib. Həmçinin Neft Fondundan büdcəyə ayrılan vəsaitin də məbləği məlumdur. Demək ki, sentyabrda bu artımların həyata keçirilməsi üçün əlavə vəsaitə ehtiyac yaranacaq.

Fərmanı icra etmək üçün ilkin illik hesablamalara görə təqribən 2,5-3 milyard manata yaxın əlavə vəsaitə ehtiyac var. Amma söhbət son 4 aydan gedir deyə buraya daha az məbləğ lazım olacaq. 2020-ci ildə bu fərman davamlı şəkildə həyata keçiriləcəyinə görə həmin ilin büdcəsində əlavə xərclərə ehtiyac yaranacaq.

Natiq Cəfərli: “2020-ci ildə bu fərman davamlı şəkildə həyata keçiriləcəyinə görə həmin ilin büdcəsində əlavə xərclərə ehtiyac yaranacaq”.

Yaxın aylarda neftin qiymətinin enmə ehtimalı çoxdur. Təbii ki, Azərbaycanın neftdən asılılığını nəzərə alsaq deyə bilərik ki, neftin qiymətinin enməsi Azərbaycanda bütün mikoriqtisadi göstəricilərə, o cümlədən gəlirlərə ciddi təsir göstərəcək. Həmçinin neftin qiymətinin enməsi büdcənin parametlərinin, gəlir və xərc hissələrinin yerinə yetirilməsinə mənfi təsir göstərəcək.

Bu zaman da 2 yol qalır:

1. Neft Fondundan daha çox vəsait götürüb xərcləmək. Amma onu da deyim ki, Neft Fondunun gəlirləri də o qədər çox deyil. Yəni indiki hesablamlara görə Neft Fondundan ayrılan vəsait cəmi bir neçə il Azərbaycana bəs edəcək.

2. Manatın məzənnəsinin aşağı salınması yolu ilə həm ixracatı, həm də turizmi stimullaşdırmaq olacaq. Eyni zamanda Neft Fondundan götürülən dollara qənaət etmək mümkün olacaq.

Düşünürəm ki, neftin qiyməti düşsə, Azərbaycanda devalvasiya qaçınılmaz olacaq. Çox güman ki, manatın məzənnəsi inzibatı qayda da olsa, artıq 2 manata yaxın və yaxud da 2 manatdan bir az daha yüksək ola bilər".

Bildiyimiz kimi Azərbaycanda bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib. Statistikaya əsaslansaq qonşu ölkələrlə müqayisədə ən az minumum və orta aylıq əməkhaqqı bizdə olub. İndiki artım qonşularımızla bizim aramızda olan fərqi ortadan qaldıra biləcək?

Eyni zamanda iqtisadçı-ekspert statistikaya əsasən qonşu ölkələrlə müqayisədə ən az minumum və orta aylıq əməkhaqqının Azərbaycanda olması mövzusunu da PİA.az-a şərh edib.

Bildiyimiz kimi Azərbaycanda bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib. Statistikaya əsaslansaq qonşu ölkələrlə müqayisədə ən az minumum və orta aylıq əməkhaqqı bizdə olub. İndiki artım qonşularımızla bizim aramızda olan fərqi ortadan qaldıra biləcək?

Sualımıza cavab olaraq Natiq Cəfərli bildirib ki, Prezidentin dünən imzaladığı fərmadan sonra Azərbaycan Cənubi Qafqazda minimum aylıq əməkhaqqının məbləğində Gürcüstanda və Ermənistan irəli keçəcək:

Natiq Cəfərli: “Azərbaycan Cənubi Qafqazda minimum aylıq əməkhaqqının məbləğində Gürcüstan və Ermənistandan irəli keçəcək”.

Azərbaycan Cənubi Qafqazda minimum aylıq əməkhaqqının məbləğində Gürcüstan və Ermənistandan irəli keçəcək. Orta aylıq əməkhaqqı maaşında isə Ermənistan bizdən 5 dollar irəli çıxmışdı. Yəni Azərbaycanda ortalama maaş 370 dollar, Ermənistanda isə 375 dollar idi. İndi Azərbaycanda maaşların dövlət qulluqçularında 40 faiz, müəllimlər və həkimlərdə isə 20 faizə yaxın artırılması orta aylıq əməkhaqqının da yüksəlməsinə səbəb olacaq.

Çox güman ki, növbəti statistik göstəricilərdə Cənubi Qafqazda həm Ermənistanı, həm Gürcüstanı bir çox parametrlərə görə arxada qoya biləcəyik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar