Çərşənbə axşamı, 16 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

OPEC+ iclasının vaxtı dəyişdirilib

OPEC-ə üzv və qeyri-üzv ölkələrin 6-cı iclasının iyulun 2-də Vyanada keçirilməsi qərara alınıb

Bu barədə OPEC-in saytında qeyd edilib.

İyulun 1-də isə OPEC ölkələrinin 176-cı iclası keçiriləcək.

Qeyd edək ki, əvvəlcə OPEC+ görüşünün iyunun 25-27-də keçirilməsi planlaşdırılırdı.Lakin Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Yaponiyada G-20 sammitinə görə münasib vaxt olmadığını bildiriblər. Daha sonra görüşün vaxtının iyunun sonu, iyulun əvvəlinə dəyişdirilməsi təklif olunub, İranın neft naziri isə iyunun sonu tarixinin uyğun olmadığını və görüşün iyulun 11-də keçirilməsini təklif edib.

Ötən gün isə OPEC-in Birgə Texniki Komitənin iclasının iyunun 8-də, Birgə Monitorinq Komitəsinin iclasının iyulun 10-da, OPEC-in iclasının iyulun 11-də, OPEC+ görüşünün isə iyulun 12-də keçirilməsinin təklif edildiyi bildirilmişdi.(report)

pia.az

Etiket: OPEC+

Şərh yazın.

loading...