Çərşənbə axşamı, 16 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Braziliya xal itirib, Boliviya yenə uduzub

Amerika kubokunda qrup mərhələsinin II turuna start verilib

Braziliyada keçirilən Amerika kubokunda qrup mərhələsinin II turuna start verilib.

Turun ilk günündə A qrupunun komandaları meydana çıxıblar.

Meydan sahibləri Venesuela ilə görüşüblər. Ardıcıl ikinci qolsuz heç-heçəsini edən sonuncular Braziliyadan da xal almağa nail olublar.

Peru isə Boliviya ilə qarşılaşıb. 4 qolun vurulduğu matçda perulular üç xal əldə ediblər. Boliviyalılar isə ikinci oyununda da üç qol buraxmaqla uduzublar.

Amerika kuboku
II tur
A qrupu
18 iyun
Braziliya – Venesuela – 0:0
Boliviya – Peru – 1:3
Martins, 28 (pen.) – Qerrero, 45, Farfan, 55, Flores, 90+6 (APA)

pia.az

 


Şərh yazın.

loading...