Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Leyla Əliyeva Zurab Pololikaşvili ilə görüşüb

İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşü olub.

Görüşdə IDEA və ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.

İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Zurab Pololikaşvili arasında ikitərəfli görüş keçirilib. Görüşdə Leyla Əliyeva ÜTT tərəfindən dünyada turizmin inkişafının əlaqələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək, turizm sektorunun inkişafının planetin dayanıqlı gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, Azərbaycanda bol təbii sərvətlər və rəngarəng coğrafi landşaftın mövcud olmasını qeyd edərək, həyata keçiriləcək birgə layihələrin ölkədə ekoturizmin inkişafına böyük töhfə verəcəyindən əminliyini vurğulayıb.

Zurab Pololikaşvili rəhbərlik etdiyi təşkilat ilə IDEA arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirərək, Azərbaycanın cəlbedici turizm məkanı kimi potensialının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini müzakirə ediblər.(Azərtac)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Ən çox oxunanalar