Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən Vaşinqton görüşü və artan gərginlik... - Qarabağ ətrafında nələr baş verir?

Politoloq: “Ermənistan tərəfi cəbhədə baş verən gərginlikləri öz xeyrinə istifadə etmək niyyətindədir”

“Mən düşünmürəm ki, Dağlıq Qarabağ məsələsində təşəbbüs Vaşinqtonun əlinə keçə bilər”.

Bu sözləri politoloq İlqar Vəlizadə son zamanlar istər Yeravanda, istərsə də Bakıda müharibə ehtimalının güclənməsi haqda fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar istər Yeravanda, istərsə də Bakıda müharibə ehtimalının güclənməsi haqda fikirlər artmaqdadır. Özü də belə görünür ki, daxili problemlər içində boğulan Ermənistan cəbhədə gərgin vəziyyətin yaranmasında olduqca maraqlı tərəf qismində çıxış edir. Elə bu səbəbdən düşmənin cəbhə təxribatları əhəmiyyətli dərəcədə artıb.

Məsələnin maraqlı tərəflərindən biri budur ki, atəşkəsin pozulması zamanı artıq ağır silahlardan da istfiadə olunur. Düşmənin elə bu günlərdə minaatanlardan istifadə etməklə atəşkəsi pozması bunun əyani təsdiqidir. Digər tərəfdən artıq o da məlumdur ki, cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilən zamanı Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Düzdür, düşmən istəyinə nail ola bilməyib. Amma baş verənlər erməni tərəfinin xeyli azğınlaşdığını göstərir.

Xatırladaq ki, yaxın günlərdə AzərbaycanErmənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü gözlənilir. Bu görüş Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın Baş nazirinin görüşünü hazırlamaq məqsədi daşıyacaq. Dövlət başçılarının Vaşinqtonda baş tutması gözlənilir. Vaşinqtonda görüşünün gündəmdə olduğu fonunda gərginliyin artmasını nəylə izah etmək olar? Ümumiyyətlə Vaşinqtonun Qarabağ münaqişəsində təşəbbüsü ələ alması bölgədə Rusiyanın tətiklədiyi böyük müharibəyə yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Ermənilərin əsas məqsədi Azərbaycanı güc tətbiq etmək hüququndan məhrum etmək və bu məhrumiyyəti də Minsk qrupunun gündəliyinə salmaqdır”.

Vaşinqtonun son illərdə Qarabağ problemi ilə bağlı heç bir təklif irəli sürmədiyini vurğulayan politoloq əlavə edib ki, müəyyən təşkilatı işləri görüb görüşləri təşkil etmək olar. Amma bununla kifayətlənmək olmaz:

Ermənistan tərəfi cəbhədə baş verən gərginlikləri öz xeyrinə istifadə etmək niyyətindədir. Belə ki, hər dəfə cəbhədə gərginlik müşahidə olunanda danışıqlar posesində bu mövzu xüsusi ilə müzakirə olunur və erməni tərəf münaqişə zonasında “daha mükəmməl təhlükəsizlik” sistemi qurmaq niyyətində olur.

Başqa sözlə desək, ermənilərin əsas məqsədi Azərbaycanı güc tətbiq etmək hüququndan məhrum etmək və bu məhrumiyyəti də Minsk qrupunun gündəliyinə salmaqdır. Əlbəttə ki, ermənilərin bu məqsədi Azərbaycan üçün əlverişli deyil.

Ümumiyyətlə bu cür mövzuların Minsk qrupu prosesinə daxil edilməsi və yaxud danışıqların gündəliyində əsas mövzu kimi yer tutması Azərbaycan üçün əhəmiyyətli deyil. Çünki əsas məsələlər, yəni torpaqların boşaldılması, qaçqınların torpaqlarına qayıtması məsələsi kənarda qalır. Bu da yolverilməzdir. Amma Ermənistan bu cür üsullardan istifadə edirlər.

İlqar Vəlizadə: “Bu cür mövzuların Minsk qrupu prosesinə daxil edilməsi və yaxud danışıqların gündəliyində əsas mövzu kimi yer tutması Azərbaycan üçün əhəmiyyətli deyil”.

Son illər ərzində Vaşinqtonun Qarabağ problemi ilə bağlı konkret təklifi nədən ibarət olub? Müəyyən təşkilatı işləri görüb görüşləri təşkil etmək olar. Amma bununla kifayətlənmək olmaz. Vaşinqton son illərdə Qarabağ problemi ilə bağlı heç bir təklif irəli sürməyib. Qarabağ probleminin həlli ilə bağlı “Lavrov plan”ı var idi. Həmçinin müəyyən humanitar təşəbbüslərin həyata keçməsi üçün Rusiya tərəfindən təkliflər var. Amma ABŞ tərəfindən belə təşəbbüslər yoxdur. Ona görə də mən düşünmürəm ki, Dağlıq Qarabağ məsələsində təşəbbüs Vaşinqtonun əlinə keçə bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar