Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb"

Azərbaycan dünyanı narahat edən bütün məsələlərə öz töhfəsini verməyə hazırdır

“Bu gün vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Azərbaycan xalqı selhsevər olsa da, təssüflər olsun ki, xalqımız 30 ilə yaxındır sülhə ehtiyacı olan xalqlardan birinə çevrilib. 1 milyon qaçqın və məcburi köçkün əhalinin 10 faizini təşkil edir. Bu insanların hüquqları 30 ildir ki, pozulur. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb”.

"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Baş Nazirin müavinin sözlərinə görə, insan hüquqları müasir cəmiyyətin ən ali dəyərlərindən biridir: “Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında Ombudsman təsisatının böyük rolu var. Bu gün çox vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Azərbaycan xalqı sülhsevər olmasına baxmayaraq artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Azərbaycan hökuməti məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir, onların mənzillə təmin olunması üçün müvafiq işlər görülür”.

O bildirib ki, Azərbaycan dünyanı narahat edən bütün məsələlərə öz töhfəsini verməyə hazırdır və bu layihələrdə yaxından iştirak edir: “Biz məmnunuq ki, Azərbaycan ombudsmanı qısa müddət keçməsinə baxmayaraq, digər ölkələrin ombudsmanları ilə səmərəli əməkdaşlıq yarada bilib. Azərbaycan dövləti bu insanlara görə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, amma onların hüquqlarının təmini məsələsi açıq qalıb. Ümid edirik ki, ombudsmanlar bu münaqişənin həlli üçün öz səylərini birləşdirməyə çalışacaqlar. Azərbaycan gənc dövlət olaraq, böyük tərəqqi yolu keçib, Azərbaycan vətəndaşları inkişaf edən Azərbaycanı görməkdədirlər. Azərbaycan dövləti insanların layiqli həyat yaşaması üçün müxtəlif layihələr həyata keçirir. Hesab edirəm ki, ombudsmanlar sülhün təmin olunması üçün öz səylərini birləşdirəcəklər. Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət sahəsində və ekoloji tarazlığın yaranmasında böyük lahiyələr həyata keçirilir. Azərbaycan hökuməti bundan sonra da insanların həyatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə də müvafiq işlər görəcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar