Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masazırdakı bıçaqlanma kameraya düşdü - Video

Artıq insidentin bəzi təfsilatları məlum olub

Pia.az xəbər verir ki, Oxu.Az iyunun 14-də gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin videogörüntüsünü əldə edib.

İnsident nəticəsində 1995-ci il təvəllüdlü yerli sakin Ağayev İsmayıl Şirvan oğlu ağır yaralanıb.

Artıq insidentin bəzi təfsilatları məlum olub. Bu barədə Oxu.Az-a zərərçəkənin qardaşı İslam Ağayev açıqlama verib.

Onun sözlərinə görə, bundan əvvəl yerli KİV-də İsmayıl Ağayevin öz qardaşı tərəfindən bıçaqlandığı və birincinin ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıldığı barədə məlumat verilir. Lakin bu informasiya həqiqəti əks etdirmir. Belə ki, İsmayıl Ağayevi qardaşı yox, tanışı yaralayıb. Tanışı aralarında düşən dava əsnasında ona biri qarın nahiyəsinə olmaqla dörd bıçaq xəsarəti yetirib. Cinayətkar hadisəni törətdikdən sonra ərazidən qaçıb.

“Bizim şübhəlinin saxlanılıb-saxlanılmaması barədə hər hansı məlumatımız yoxdur. Polisə şikayət etməmişik, qoy qardaşım özü qərar versin. Həkimlərin dediyinə görə, hazırda vəziyyəti sabitdir. Onu bu gün reanimasiyadan palataya köçürəcəklər”, - İslam Ağayev bildirib.

İddiaya görə, tərəflər arasında dava İsmayıl Ağayevin öz dostunun müdafiəsinə qalxmasına görə düşüb. Gecə yaşanan qarşıdurma “Limon” mağazasının müşahidə kamerasının obyektivinə tuş gəlib. Kadrlarda cinayətkarın hadisə yerini tərk etdiyini və bir müddət sonra yoldan keçən avtomobillərdən birinin qan içində olan İ.Ağayevin yanında saxladığını görmək olur. Ancaq sürücü ilkin yardım göstərməyib və yoluna davam edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar