Çərşənbə axşamı, 16 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“Həm Vaşinqton, həm də Tehran böyük savaşdan yayınmağa çalışır” – Təhlil

Stratfor (ABŞ), 12.06.2019

İranda da, Birləşmiş Ştatlarda da sərt xətt izləyən və qarşıdurmaya girməyə hazır olan nüfuzlu qrupların varlığına baxmayaraq, hər iki ölkə yenə də böyük hərbi münaqişədən yayınmağa can atacaq. Bununla belə, İrandakı güc tərtibinə və onun münaqişəli durumlardakı davranışına, habelə hər iki ölkənin hərbi hazırlıqları sürətləndirdiyinə əsasən yanılma və gərginlik riski yüksək qalacaq.

Bu və ya başqa insident halında gərginlyi azaltmaq tələb olunarkən mühüm rabitə kanallarının yoxluğu da hər iki ölkənin imkanlarını məhdudlaşdırır.

Redaktorun qeydi: bu məqalə hazırlanarkən “Stratfor”un 2019-cu ilin üçüncü rübü üçün analitik materiallar silsiləsinə daxil olan proqnoza əsas götürülüb. Bu müşahidələr daha geniş kontekst təmin etməyə və növbəti rübün əsas hadisələrinin ayrıntılı analizini verməyə nəzərdə tutulub.

Birləşmiş Ştatlar Fars körfəzinə əlavə güc göndərir, eyni zamanda İran öz ordusunu hazırlayır və səfərbər edir; hər iki ölkənin fəaliyyəti yekun halında savaş ehtimalını xeyli yüksəldir. Vəziyyət bununla ağırlaşır ki, Ağ Evdəki qruplaşmalardan biri milli təhlükəsizlik üzrə davakar müşavir Con Boltonun simasında İranla münaqişə başlamağa prezident administrasiyasında başqalarından daha çox can atır. Əlbəttə, İran tərəfdə də qaynar qafalar – savaş ideoloqları var – özəlliklə İslam İnqilabı Keşikçiləri Korpusunda (İİKK).

Lakin, Vaşinqton və Tehrandakı liderlərin vurğuladıqları kimi, hər iki ölkə baha başa gələn savaşdan əvvəlki kimi ehtiyat edir. Vaşinqtonda, xüsusən Pentaqonda prezident Trampın savaş başlamaq əvəzinə ölkənin diqqət və resurslarını Rusiya və Çin kimi böyük dövlətlərlə davam edən rəqabətə cəmləməyə üstünlük verəcək çoxlu tərəfdarı var. Amma, bax, çətin ki, Vaşinqtonla potensial münaqişəyə Tehrandan bu qədər başısoyuq münasibət gözləməyinə dəyər – xüsusən də güclərin ifrat disbalansı və belə bir münaqişənin sadə iranlıların yaşayışına və ola bilsin, onların hökumətinə göstərə biləcəyi dağıdıcı təsir nəzərə alınmaqla. Lakin tədbilər bir qırağa qoyulsa, daha əhatəli münaqişə tam gerçək görünür ki, bu da ölkələrin bir-birinə qarşılıqlı ədavəti və inamsızlığı, münaqişəli durumların sürətli həlli üçün rabitə kanalının yoxluğu, habelə əsas stimulu “dəmiri isti-isti döyərlər” olan İran silahlı güclərinin məqsədi ilə şərtlənir.

Əlüstü qızışır

ABŞ silahlı qüvvələrinin ənənəvi SQ-i dəfələrlə üstələdiyi haqda özünə hesabat verən Tehran asimmetrik savaş aparmağa on illər boyu yatırım qoyub, yəni: oyuncaq qoşunlar, ballistik raketlər, dəniz minaları, ABŞ-a, habelə Fars körfəzi bölgəsində önəmli energetika strukturlarına və bölgənin başqa əsas strateji obyektlərinə effektli zərbə vurmaq üçün sürətli döyüş katerləri. Amma güman etmirik ki, bu qüvvə və taktika İranın ümumi nisbi zəifliyini müvazinətləşdirər; doğrudan da, Tehran çox gözəl anlayır ki, bu aktivlərdən çoxu ABŞ-ın zərbələri üçün son dərəcə dişbatandır, çünki bunlar limanlara, qarnizonlara və ya bazalara bağlı qalır.

Deməli, İranın istifadə edə biləcəyi Hörmüz boğazını bağlamaq təhdidini həyata keçirmək xeyli dərəcədə İİKK HDD-nin mina düzən gəmilər, raaket və torpedo katerləri, silahlanmış sürətli katerlər və gəmiyə qarşı sahilyanı qanadlı raketlər barateyasını birləşdirən döyüş vasitələrindən asılıdır. Bu aktivlərdən çoxu hələlik öz liman və bazalarında olunca ABŞ-ın yüksəkdəqiqlikli zərbələrinə məruz qalacağı az deyilmiş, hətta bunlar münaqişə başlanana qədər həmləyə etməyə nail ola bilsə də, ABŞ və ya müttəfiqlərinin aviasiyası tərəfindən məhv edilmək təhlükəsi altındadır. Başqa sözlə, İranın olduqca kiçik imkanlar pəncərəsi var ki, özünün bütün minalarını düzsün və Birləşmiş Ştatlar və müttəfiqləri bu vəzifəni xeyli çətinləşdirənə qədər Hörmüz boğazı bölgəsində mümkün qədər böyük ziyan vursun. İranın ABŞ-ın bölgədəki bazalarına və energetika infrastrukturuna zərbə vurmaq bacarığından gedərkən eyni prinsip onun ballistik raketlər cəbbəxanasına da tətbiq edilə bilər. Tehran münaqişənin gedişində bu raketləri vaxtında buraxmağa nail olmasa, Vaşinqton onların çoxunu ölümsaçan yükü çatdırmamışdan qabaq məhv edə bilər.

Beləliklə, İranın qarşısında gerçək “istifadə et, ya da itirərsən” dilemması durur, çünki onun hücuma təkcə cəld reaksiya verməyə deyil, həm də atəş gücünə görə onu xeyli üstələyən rəqibləri aktivlərinə qaçılmaz ziyan vurmamışdan əvvəl mümkün qədər böyük ziyan vurmaq üçün bir sıra qabaqlayıcı tədbirlər görməyə gerçək səbəbləri var. İzah edək: Amerikanın hətta çoxaylıq hücumları da İranın tam tərki-silahına gətirməyəcək, lakin Tehran asimmetrik aktivləri, xüsusən də raket və hərbi-dəniz qüvvələrini işə salmağa nə qədər gec nail olarsa, İslam Respublikası öz silahlarından faydalanmazdan qabaq Birləşmiş Ştatların bu silahları məhv etmək riski bir o qədər yüksəkdir.

Dialoq üçün qapalıdırlar

ABŞ və İran qarşıdurmasını kəskinləşdirə biləsi başqa bir amil iki ölkənin gücləri arasında birbaşa effektli əlaqənin yoxluğudur. “Qaynar xətt”in və gərginliyi əlüstü yumşaltmağın yoxlanmış üsullarının yoxluğu daha böyük inamsızlığa və rəqbin niyyətinin anlamamağa səbəb ola bilər. Dialoq üçün kanalın yoxluğu hətta ən yüksək nazirliklər səviyyəsində də müşahidə olunur. İran xarici işlər naziri Cavad Zərif böhranın qabağını almaq üçün İran və Birləşmiş Ştatların tez əlaqə təşkil edə bilib-bilməyəcəyi haqda sualı cavablandırarkən deyib ki, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə sürətli danışıqlardan fərqli olaraq indiki dövlət katibi Mayk Pompeo ilə heç vaxt birbaşa təmasda olmayıb. Zərif hətta deyib ki, ədavətli münasibətlər üzündən dövlət katibinin hər hansı zənginə cavab verməyi özünə borc saymır.

Əlbəttə, məsələ gərginliyin yayılmasına qədər gedib çıxsa, İran və Amerika məmurları son nəticədə bir-birilə rabitə qurmağa nail olacaqlar – əgər bunu istəsələr – amma hər şeyi saatların deyil, dəqiqələrin həll etdiyi bir durumda kommunikasiyanın və yaxud münaqişələrin həlli kanalının yoxluğu deeskalasiya üzrə sürətli səylərə əngəl olacaq. Əslində, Amerika və İran məmurları danışıqlara başlayana qədər hücum və əks-hücum silsiləsi elə bir miqyas alar ki, bir neçə danışıq az ola bilər.

Görünür, bütünlükdə, İran kimi Birləşmiş Ştatlar da böyük savaşdan yayınmağa çalışır; bundan başqa, ölkələrin qeyri-hərbi vasitələrlə apardığı sürəkli qarşıdurmadansa silahlı münaqişə ehtimalı xeyli azdır. Amma dərin inamsızlıq, böyük sayda inanılmış şəxslərin və ikinci dərəcəli oyunçuların cəlb edilməsi, təhlükə halında – İranın birnömrəli vəzifə saydığı – ani tədbirlər, habelə effektli rabitə kanallarının yoxluğu – bütün bunlar güman etməyə əsas verir ki, yeganə yanlışlıq söndürülməsi hətta hər iki paytaxtdakı sağlam düşüncəli liderlərə də çətin olacaq yanğının ilk qığılcımı ola bilər.

Tərcümə: Strateq.az

pia.az


Şərh yazın.

loading...