Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifovun işçisi Goranboyda səltənət qurub... - İddia

Bir sıra məmurların özbaşınalığı, qanundankənar hərəkətləri rayon sakinlərinin yaşayışlarını daha da ağırlaşdırır

Aidiyyatı qurumlara müraciət edilsə də, heç bir tədbir görülmür. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən öz “qanunlarını” həyata keçirməklə məşğuldurlar. Goranboy rayon Maliyyə İdarəsində də bu cür vəziyyət yaşanır. İdarənin rəhbəri İltifat Sadıqovun digər məsul şəxsləriylə əlbir olaraq, büdcə vəsaitlərini necə mənimsədiyinə dair redaksiyamıza faktlar daxil olub. Söhbət İltifat Sadıqovun qanunsuz əməlləri, saxta sənədlər əsasında büdcə vəsaitlərini talaması və digər qanuna sığmayan hərəkətləri, eyni zamanda Bakıda və rayonda sahib olduğu əmlaklar, şadlıq evi və s. barədədir. Eyni zamanda, hazırda rayonda aparılan abadlıq-quruculuq işlərində, 3 nömrəli Magistral Yol İdarəsi tərəfindən çəkilən rayon daxili yollara ayrılan vəsaitdə də İltifat Sadıqovun yaxşı “pay sahibi” olduğu bildirilir.Goranboyda maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək İltifat Sadıqovu varlandırıb. O, Goranboyda bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirir. Maliyyə İdarəsinin rəisi Goranboyu çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Konkret olaraq İltifat Sadıqovun Goranboy rayonunda, Bakı-Gəncə yolunun kənarında sahib olduğu “Buta Mebel salonu”, “Çinar” Şadlıq evi və restoranı, digər bir sıra obyektlər, habelə rayonun Həmənli kəndində qurduğu böyük heyvandarlıq fermer təsərrüfatını qeyd etmək olar. Onun sahib olduğu “Lexus” və “BMV” kimi bahalı avtomobillər və “22-222” kimi “zerkalni nömrələr” isə daşıdığı vəzifə ilə heç cür uyğun gəlmir. Onun varidatını günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə də uzlaşmır. Bu zaman sual olunur, bəs kiçik bir rayonun maliyyə rəisi bu qədər varidatı aldığı 600-700 manat əməkhaqqı qarşılığında necə əldə edib? Yəyqin ki, aidiyyəti qurumlardan əvvəl bu suala Maliyyə Nazirliyi aydınlıq gətirəcək!

Goranboy rayonunun Maliyyə rəisi və digər dövlət məmurları ilə bağlı araşdırmamız davam edir, qısa zamanda əhatəli yazılarımız olacaq.
(Press-az.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar