Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Surət Hüseynovun küçə söyüşlərinə cavab

Əbülfəz Elçibəy hakimiyyətində Baş nazir postunda təmsil olunan Pənah Hüseyn bu günlərdə sabiq korpus komandiri, Elçibəyin Qarabağ məsələləri üzrə müşaviri, keçmiş Baş nazir Surət Hüseynovun ittihamlarına yazılı cavab verib

Əbülfəz Elçibəy hakimiyyətində Baş nazir postunda təmsil olunan Pənah Hüseyn bu günlərdə sabiq korpus komandiri, Elçibəyin Qarabağ məsələləri üzrə müşaviri, keçmiş Baş nazir Surət Hüseynovun ittihamlarına yazılı cavab verib.

PİA.az xatırladır ki, S. Hüseynovun o vaxtkı iqtidarla bağlı səs yazısı yayılıb və orada AXC iqtidarının rəhbərliyində təmsil olunan şəxsləri küçə söyüşləri ilə təhqir edir. Bu səs yayıldıqdan sonra P. Hüseyn də ona eyni tonda cavab verməli olub. Həmin cavabı təqdim edirik:

"Bir neçə gün öncə mənə bir neçə KİV- dən sual unvanlanıb ki, Surət Hüseynovun adından (səsi ilə?) ittihamlar yayınlanlanıb, bunlara cavab verim və ya şərh verim. Demişəm ki, araşdırıb, lazım bilsəm, təzə bir şey varsa 15 iyundan sonra cavablandıraram. Ona qədər, öyrənəcəm ki, Könül Rafiqqızı imzası ilə dərc edilən materiallar Surət Hüseynovu bağlayırmı? Və Surət Hüseynöv təsdiqləyirmi ki, bu materaillar onun bilgisi və ya razılığı ilə yayılır, yoxsa özfəaliyyətdir. Bir necə saata buna cavab olacaq və cavaba adekvat reaksiya da olacaq."

P.Hüseyn sonra həmin "səsin" Qurban Məmmədova məxsus olan "Azefredoom" da da səsləndirildiyini bildirib: "Mənə məlumat verdilər ki, Surət Hüseynovdan birbaşa nə təsdiq, nə də təkzib gəlməyib. Güya o Yaponiyadadır. Ancaq onun köməkçisi qismində tanınan şəxs bildirib ki, həqiqətən bu yaxınlarda Surət Hüseynovla özünü jurnalist kimi təqdim edən biri ilə yayılmaq üçün nəzərdə tutulmayan söhbəti olub. Bu məncə elə dolayısı təsdiqdir.

Mən o "səsi" dinlədim. Əvvala, mən bir qadının arxasında gizlənib (material Könül Rafiqqızı imzası ilə yayılıb) küçə qadınlarına xas söyüşlər söyən birisinə baş qoşub cavab verməyi nə özümə, nə digər dostlara, ümumiyyətlə özünü tanıyan heç kişiyə yaraşdırmaram. Bu cür hərəkətin də adı q......dir. O ki, qaldı onun güya "Təhlükəsizlik Şurasında" ermənilərlə gizli atəşkəs müqaviləsi barədə müzakirələr haqqında axmaqlamağına, o cür düşük, səviyəsiz şərləmələrə də elə axmaq adamlar inanar. Qələt eləyir, başın daşa döyür".

S. Hüseynovun da səs yazısını təqdim edirik:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar